Azərbaycan regionda və beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcəkdir

Azərbaycan regionda və beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcəkdirBakıdakı ADA Universitetində "CənubiQafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında və iştirakçıların suallarını cavablandıran zaman dünya ictimaiyyətinə bir sıra mühüm mesajlar verib. Dövlətimizin başçısı 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqlar, geosiyasi vəziyyət, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslərlə bağlı xarici ekspertləri maraqlandıran suallara ətraflı cavab verdi.
Aprelin 28-də Şuşada işinə başlayan və sonra Bakıda davam edən beynəlxalq konfransın ideyası hələ ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda irəli sürülüb.
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik mərkəzinə çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.
Bu beynəlxalq konfransda Prezident İlham Əliyev bir daha Azərbaycan xalqının sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyini və artıq sülh sazişinin imzalanmasının vaxtının çatdığını bəyan edib. Dövlətimizin başçısı bildirib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. "Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar", - deyən dövlətimizin başçısı sülhün və əməkdaşlığın erməni tərəfi üçün də faydalı olduğunu diqqətə çatdırıb.
Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və hamı bu reallıqla hesablaşmalıdır. Beynəlxalq birlik artıq bu reallıqlarla barışmaqdadır. Bu gün BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu haqqında da fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasınin dörd qətnaməsində erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Amma 27 ildə onların heç biri icra edilmədi, Azərbaycan özü həmin qətnamələri icra etdi.
Bütövlükdə, Azərbaycan beynəlxalq müstəvidə mövqeləri getdikcə möhkəmləndirir. Bu amil ölkəmizin regionda yaratdığı reallıqların ardıcıl olaraq həyata keçəcəyini deməyə əsas verir. Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə regionda və beynəlxalq müstəvidə mövqelərini bundan sonra daha da gücləndirəcəkdir.

Adil Hüseynov – ADİU-nin baş müəllimi, İqtisad elmləri doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1137   Tarix: 02 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

6 noyabr
.

İlham Əliyev İliyana Yotovanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərim

3 noyabr
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

6 noyabr
.

UluÖndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

"Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12 noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır. Dövlətimizin mövcud olduğu illər ərzind

6 noyabr
.

İlham Əliyev Kamran İmanovla bağlı sərəncam imzaladı

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, K.İmanov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətin

4 noyabr
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

6 noyabr
.

Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar

3 noyabr
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

6 noyabr
.

Əmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən məbləğ artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

4 noyabr