Partiya lideri bayram günü Quranı yandırmaq istədi
Danimarkanın irqçi Sıx İstiqamət Partiyasının lideri Rasmus Paludan İsveçin Uppsala şəhərindəki məscidin qarşısında Qurani-Kərim kitabını yandırmaq istəyib.
Sonxeber.az modern.az-a istinadən xəbər verir ki, əraziyə cəlb olunan polis əməkdaşları Paludanı mühafizə edib. Əks-nümayişçilərdən 10 nəfər Paludan tərəfə qaçaraq onun təxribatının qarşısını almağa çalışıb. Nümayişçilərdən qorxan Paludan maşınına əyləşərək dərhal hadisə yerindən qaçıb.
Ərazidə xidmət aparan 50-yə yaxın polis nümayişçiləri sakitləşdirməyə cəhd göstərib. Bu xoşagəlməz olaydan sonra açıqlama verən polis orqanları bir avtomobilin zədələndiyini və hadisənin digər bölgələrə yayılmasının qarşısını almaq üçün tədbirləri davam etdirdiklərini bildirib.
Qeyd edək ki, Danimarka və İsveç vətəndaşlığı olan Paludan 2017-ci ildən bəri Danimarkanın müxtəlif şəhərlərində Qurani-Kərimin yandırılmasını təhrik edir. Ötən ilin Ramazan ayında Paludan müsəlmanların sıx yaşadığı məhəllələrin və məscidlərin yaxınlığında təxribatlar törədib.
Rasmus Paludan Pasxa bayramlarında İsveçin paytaxtı Stokholmda və Malmö, Norköpin və Jönköping şəhərlərində təxribatlarını davam etdirib. Onun bir müddət əvvəl Quranı yandırması ölkədə böyük etirazlara səbəb olmuşdu.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2434 Tarix: 02 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu
Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl
24 oktyabr"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin
25 oktyabrÖlüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır
Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini
24 oktyabrHamilə olduğunu doğuşa saatlar qalmış öyrəndi
Böyük Britaniyada 41 yaşlı qadın hamilə olduğunu doğuşa cəmi bir neçə saat qalmış öyrənib. xarici mediaya istinadən xəbər verir ki, Semmi Evans adlı qadın qarnında yaranan qeyri-adi şişkinlik səbəbindən həkimə müraciət edib. Məlumata görə, sentyabrın 14-də tibbi müayinədən keçən qadına hamiləlik test
25 oktyabrAtasının dəfnində məzara yıxılıb öldü
Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira
25 oktyabr