Qızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki...

Qızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki...Bu yaxınlarda 58 yaşı tamam olan ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama "Ellen Dedceners" şouda varislərinin yetkinlik həyatından danışıb. O qeyd edib ki, qızları çoxdan evdən köçüblər və indi tam müstəqildirlər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, verilişdə Mişel etiraf edib ki, Barak 2017-ci ildə vəzifəsini tərk etdikdən sonra Obama ailəsi şəxsi həyata qayıdıb. Valideynlər qızlarını mümkün qədər böyüməyə hazırlayıb, hər şeyə öz zəhmətləri ilə nail olmaq lazım olduğunu bildiriblər.
Mişel qeyd edib ki, Maliya və Saşa bütün məsuliyyətlərin öhdəsindən gələ bilən gözəl gənc qadınlardır. Bundan əlavə, Barak Obamanın həyat yoldaşı bildirib ki, onun hər iki qızının artıq sevgilisi var.

"İndi böyük kişiləri evə gətirirlər. Onların sevgililəri və real həyatları var", - Mişel vurğulayıb.

Lakin o, təfərrüatlara varmayıb. Buna baxmayaraq, bəzi məlumatlar İnternetdə yayılıb.
"Daily Mail" xəbər verir ki, 20 yaşlı Saşa Hollivud aktyoru Klifton Pauellin 24 yaşlı oğlu ilə münasibətdədir. Qız sevgisi ilə Los-Ancelesə köçəndə, Miçiqan Universitetini atıb Cənubi Kaliforniya Universitetinə təhsil almağa gedəndə tanış olub.
Oğul Klifton "Rey" filminin ulduzu və həyat yoldaşı Kimberli Krumsun ikinci övladıdır. İndi gənc oğlan "Nike" və "Peloton" üçün kommersiya direktoru kimi çalışır.
O, özünü ssenarist və rejissor kimi də sınayıb. 2020-ci ildə Klifton atasının rol aldığı qısametrajlı filmə ssenari yazıb.
Bildirilir ki, Saşa da artıq anasını sevgilisi ilə tanış edib. Lakin Kliftonun sevgilisinin atası ilə görüşüb-görüşmədiyi məlum deyil.
Obamanın böyük qızı uzun illərdir britaniyalı Rori Farkuharsonla görüşür. Cütlük 2017-ci ildə Maliya Harvardda tələbə olarkən tanış olub. Təəssüf ki, gənc haqqında məlumat yoxdur. Yalnız onun atasının Londonda zəngin bir investor olduğu məlumdur.
Qızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki...Qızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki...Qızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki...Qızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki...Qızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki...Qızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki...Qızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki...


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1929   Tarix: 02 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı

25 oktyabr
.

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ

24 oktyabr
.

Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir

Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı

24 oktyabr
.

Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini

24 oktyabr
.

İrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə

Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə

25 oktyabr
.

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl

24 oktyabr
.

ABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto

ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo

24 oktyabr
.

"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır

Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd

24 oktyabr
.

Argentina məhkəməsi prezidentə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı işi rədd etdi

"La Nacion" qəzetinin verdiyi məlumata görə, Argentina məhkəməsi prezident Xavyer Milliyə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı qaldırılan işi ləğv edib. xəbər verir ki, Federal hakim Marselo Martinez de Georgi prezidentin hərəkətlərində heç bir cinayət tərkibi olmadığı qənaətinə gəldi. Keçə

24 oktyabr