Hikmət Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Sonxeber.az "report"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında bildirib.
"Ev sahibliyi edə bildiyimiz üçün şadam. Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə bu formatda ikinci görüş keçirəcək", - Toivo Klaar qeyd edib.
Tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətləri, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəkləri gözlənilir.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2208 Tarix: 02 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müstəqil dövlətin Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al
6 noyabrİlham Əliyev İliyana Yotovanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərim
3 noyabrZəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
6 noyabrUluÖndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri
"Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12 noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır. Dövlətimizin mövcud olduğu illər ərzind
6 noyabrİlham Əliyev Kamran İmanovla bağlı sərəncam imzaladı
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, K.İmanov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətin
4 noyabrPrezidentin sakinlə zarafatı - "Qonşuyuq?"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
6 noyabrPrezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu
6 noyabrƏmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən məbləğ artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
4 noyabr