Günəş digər planetlərdə necə görünür?
Dizayner Ron Miller elmi məlumatlarla Günəşin parlaqlığını və məsafəsini hesablayaraq Günəşin qonşu planetlərdə necə görünə biləcəyini açıqlayıb.
Lent.az xarici mediaya istinadla həmin görüntüləri təqdim edir.
Merküri
Merkuri bizim ən kiçik planetimizdir, Günəşdən 58 milyon və Yerdən 92 milyon uzaqlıqdadır (Təəssüf ki, Plutonu planet saymadıq).
Burada görünən Günəşin təsviri çox parlaq və çox böyükdür, çünki o, həm də Günəşə ən yaxın planetdir.
Venera
Günəşə yaxınlığına görə sıralayanda ikinci yeri tutan Venera temperatur baxımından ən isti qonşumuzdur.
O qədər ki, Günəşdən cəmi 108 milyon kilometr uzaqda olmasına baxmayaraq, Yerdən Günəşi aydın görmək demək olar mümkün deyil. Buna səbəb onun atmosferini örtən çoxlu karbon qazı və püskürən vulkanlardır.
Yer kürəsi
Planetimizdə Günəşin necə göründüyünü bilməyən demək olar ki, yoxdur.
Bu .şəkildə günəş tutulmasını da görə bilərsiniz.
Mars
Qonşu demək olmur, yaxın gələcəkdə gedib məskunlaşacağımız yeni evimiz olan Marsdakı Günəşin görüntüsünə indidən hazırlaşaq.
O, Yerdəkindən bir qədər kiçik və görünüşcə daha az parlaqdır. Ümid edirik ki, o, bizi çox tərlətməyəcək.
Yupiter
Günəşdən 779 milyon kilometr aralıda, sistemdəki ən böyük planet titulunu daşıyan nəhəng planetimizin peykindən Günəşin tam görüntüsü bu şəkildədir.
Təbii ki, boş yerə nəhəng demirik.
Satürn
Ətrafındakı halqalardan da göründüyü kimi, bu foto Saturna aiddir. Günəşə 1,43 milyard kilometr uzaqlıqdadır. Ona görə də Günəş kiçik bir nöqtə kimi görünür.
Saturnda görə biləcəyiniz ən parlaq Günəş fotoda olduğu kimidir. Dünyada Günəş batdıqda belə daha çox parlaqlıq təmin etdiyini söyləyə bilərik.
Uran
Günəşdən 2,88 milyard kilometr uzaqlıqda və Saturn kimi halqaları olan qonşumuzdur. Buz Nəhəngləri sinfinə aiddir.
Onun halqaları ,adətən 1 metr diametrdə və 10 ədəd olur. Bu xüsusiyyəti məlum olmayan dondurucu planetimizin də 27 peyki var. Bu şəkil də onun peyki Arieldəndir.
Neptün
Bu, metan, etan və asetilendən ibarət sıx atmosferə malik başqa bir Buz Nəhəngi olan Neptunun peykindən Günəşin və özünün görünüşüdür.
Günəşi planetin içindən görmək mümkün deyil.
Pluton
Kosmosun ən sevimli planeti olan Plutondan Günəş mənzərəsi tam olaraq bu şəkildəki kimidir.
Orada yaşayan qonşularımız olsaydı, onlar hər gün Yer kürəsinin pik saatlarında Günəşlə birlikdə yaşayardılar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Qızıl bazarında son vəziyyət
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...