Peyvənd olunmayanları hansı təhlükə gözləyir? – Professorla müsahibə

Peyvənd olunmayanları hansı təhlükə gözləyir? – Professorla müsahibəSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti, professor Hüseyn Qabulov uşaqlara vurulan profilaktik peyvəndlə bağlı mətbuata müsahibə verib.

Sonxeber.az həmin müsahibəni sizə təqdim edir:

- Son zamanlar sosial şəbəkələrdə bəzi "mütəxəssislər" peyvəndlərin insan orqanizmi üçün təhlükəli olması barədə fikirlər səsləndirirlər...

- Yoluxucu xəstəliklərlə mübarizədə vaksinasiyanın ən vacib profilaktika üsulu olduğu artıq bütün dünyada sübut olunub və bunun bəzi "ekspertlər" tərəfindən şübhə altına alınması təəccüb doğurur. Peyvənd sayəsində milyonlarla insanın həyatı xilas edilib, çiçək xəstəliyinin kökü kəsilib, meningit, poliomielit, məxmərək və difteriyaya yoluxma halları xeyli azalıb.

Yoluxucu xəstəliklər erkən yaşlarda müşahidə olunan bütün xəstəliklərin əhəmiyyətli hissəsini təşkil edir. Bu xəstəliklər, xüsusən də körpələrdə, çox vaxt ağır davam edə və hətta əlilliyə gətirib çıxara bilər. Bu cür xəstəliklərin qarşısını almağın ən təsirli üsullarından biri də immunizasiya və ya peyvəndləmədir.

Peyvənd insan bədəninin təhlükəli infeksiyalara qarşı müqavimətini qüvvətləndirən xüsusi hazırlanmış tibbi-immunobioloji preparatdır. Müasir peyvəndlər ciddi xəstəliklərə və hətta ölümə səbəb olan əksər viral və bakterial infeksiyaların qarşısını effektiv şəkildə ala bilir.

- Peyvəndlər insan bədəninə hansı üsullarla daxil edilir?

- Peyvəndlər insan bədəninə müxtəlif üsullarla yeridilir. Onların seçimi qoruyucu immunitetin formalaşma mexanizmi ilə müəyyən edilir. Vaksinləri əzələdaxili, dəridaxili, dərialtı, oral (vaksinin bir dozası pipetlə uşağın ağız boşluğuna yeridilir), intranazal (burundaxili) yolla bədənə yeritmək olur.

- Bəzi valideynlər peyvəndlərə şübhə ilə yanaşırlar. Onlar immuniteti peyvəndlə yox, təbii yolla - xəstələnməklə əldə etməyi doğru hesab edirlər. Sizcə, hansı yanaşma doğrudur?

- Peyvəndlər immunitet sisteminə spesifik mikrob və viruslara qarşı lazımi qoruyucu antikor hüceyrələrinin yaranmasına kömək edir. Patogen mikroblar bədənə daxil olanda, bu hüceyrələr zərərli mikrobları tez və effektiv şəkildə tanıya və zərərsizləşdirə bilirlər.

Bəzi insanlar xəstəlikdən sonra infeksiyaya qarşı immunitetin davamlı və "təbii" olduğuna inanırlar. Bir şəxs yoluxucu xəstəliyi nisbətən asanlıqla keçirsə belə (məsələn, pnevmokok, meningokok və ya hemofil infeksiyasını), ona qarşı immunnitet adətən qeyri-sabitdir və yoluxanlar yenidən xəstələnməmək üçün peyvəndlənməlidir.

Əgər insan peyvənd olunmazsa və xəstələnərsə, bu, ciddi fəsad, əlillik, beyin, qaraciyər və digər orqanların zədələnməsinə səbəb ola bilər. Vaxtında edilən peyvənd, əksinə, bizi bu cür arzuolunmaz nəticələrdən qoruyur.

Daha bir məqamı nəzərə almaq vacibdir ki, peyvənd olunmamış və yoluxmuş hər bir şəxs ətrafındakı insanlar üçün infeksiya mənbəyidir.
Peyvənd olunmayanları hansı təhlükə gözləyir? – Professorla müsahibə- Yenidoğulan körpələrə davamlı olaraq bir neçə peyvənd vurulur. Bəzi insanlar hesab edirlər ki, bu, uşaqların immun sisteminə mənfi təsir göstərir...

- Elmi araşdırmalarla əsaslı şəkildə sübut olunub ki, hətta bir neçə peyvəndin eyni vaxtda tətbiqi belə uşağın immunitetinə mənfi təsir göstərmir. Doğuşdan dərhal sonra körpələr hər gün yüzlərlə və minlərlə yad maddələrə və mikroorqanizmlərə, müxtəlif, o cümlədən patogen bakteriyaların təsirinə məruz qalırlar. Buna baxmayaraq, onların immun sistemi bu yükün öhdəsindən uğurla gəlir. Ancaq təəssüf ki, körpə üçün çox təhlükəli olan mikroblar var və immunitet sistemi müqavimət göstərənə qədər bu infeksiyalar körpələrin sağlamlığına zərər verə bilər. Məhz bu mikroblara qarşı peyvəndlər tətbiq olunur.

- Adətən hansı patogenlərə qarşı vaksinasiya aparılır?

- Hazırda uşaqların sağlamlığı üçün təhlükəli olan hepatit B, vərəm, poliomielit, göy öskürək, difteriya, tetanus, pnevmoniya, qızılca, məxmərək və s. kimi xəstəliklərə qarşı peyvəndlər aparılır.

Sonda, bir də qeyd etmək lazımdır ki, uşaqlar üçün profilaktik peyvənd cədvəlinə daxil edilən hər bir peyvənd orta hesabla 10-15 il sınaqdan keçirilir. Təhlükəsizliyi sübut olunduqdan sonra effektivliyini və arzuolunmayan əlavə təsirlərinin olmamasını təmin etmək üçün minlərlə könüllü üzərində sınaqdan keçirilir.

Hər hansı bir peyvəndin uşağın infeksiyadan qorumağa kömək etməsi və mənfi reaksiyaların ehtimalını azalması üçün müvafiq məsləhətlər verəcək həkimin tövsiyələrinə əməl etmək vacibdir./lent.az


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2388   Tarix: 05 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30 oktyabr
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

1 noyabr
.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr