"E-KÖŞK" layihəsi təqdim olunub - FOTOLAR
5 may tarixində Medianın İnkişafı Agentliyində "E-KÖŞK" qəzet və jurnalların elektron yayım platformasının təqdimatı olub.
Çap mediası subyektlərinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyaların nəzərə alınaraq hazırlanan "E-köşk" portalı rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi platformadır. Vurğulanıb ki, plaformanın ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməsi, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə bilmək imkanı yaratması nəzərdə tutulur. Qeyd olunub ki, "E-köşk" portalı vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daima xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana biləcəklər.
Baş redaktorlar bu platformanın ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması, iqtisadi dayanıqlılığının artırılması və informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi istiqamətində innovativ addım olduğunu qeyd ediblər. Sonra layihə ətrafında səsləndirilən təkliflər nəzərə alınmaqla, "E- köşk" layihəsinin yekun variantının hazırlanaraq ictimaiyyətə təqdim olunması ilə bağlı qərar qəbul olunub.
Tədbirdə həmçinin Medianın İnkişafı Agentliyi tərəfindən media subyektləri üçün hazırlanan "Redaksiya siyasəti və peşə etikası qaydaları" ilə bağlı müzakirələr keçirilib. Bildirilib ki, hazırda media subyektlərində həmin nümunəvi formaya əsasən, müzakirələr aparılır və media subyektlərinin özləri tərəfindən onların təkmilləşdirilməsi və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası qaydalarının təsdiq olunması prosesinə başlanıb. Qeyd olunub ki, bu qaydaların tətbiq olunması, hər bir media subyektində müəlliflik hüquqlarının qorunmasına və ümumilikdə media sahəsində peşə etikasına ciddi riayət olunması prosesinə təkan verəcək.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu