ABŞ 2026-cı ildə nüvə kosmik gəmisini sınaqdan keçirəcək
ABŞ Müdafiə Nazirliyi kosmosda sərbəst hərəkət etmək üçün nüvə elektrik stansiyalarının yaradılmasını maliyyələşdirir. Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri İdarəsi (MNQTLİ) kosmik gəminin hazırlanması proqramının ikinci və üçüncü fazalarının başlandığını elan edib.
"Ay ətrafında çevik manevrlər üçün demonstrativ raket" proqramı 2020-ci ildə təqdim edilib və 2021-ci ilin aprelində icranın birinci fazasına start verilib.
"Kosmosda manevr etmək hərəkət sisteminin məhdudiyyətlərinə görə daha çətindir. Kosmosda texnoloji üstünlüyünü qorumaq üçün ABŞ-ın qabaqcıl hərəkət texnologiyasına ehtiyacı var", – deyə MNQTLİ-nin Taktik Texnologiyalar Şöbəsinin proqram rəhbəri, mayor Natan Qreyner bildirib.
Proqram çərçivəsində müsabiqə iştirakçıları istilik atom raket mühərrikləri üçün nüvə elektrik stansiyası (reaktor və mühərrikin özü), həmçinin uçuş demonstratoru – əslində Yer orbitində sınaq üçün eksperimental kosmik gəmi hazırlamalıdırlar.
2021-ci ildə kosmik reaktor layihəsinin hazırlanması üzrə müsabiqənin birinci mərhələsində 22,2 milyon dollar qazanan "General Atomics" kompaniyası qalib olub. Nüvə kosmik gəmisinin prototipi müsabiqəsində "Lockheed Martin" (2,9 milyon dollar) və "Blue Origin" (2,5 milyon dollar) kompaniyaları qalib gəlib. Artıq bütün layihələr tamamlanıb.
Proqramın ikinci və üçüncü mərhələlərində iştirak üçün ərizələr avqustun 5-dək təqdim edilməlidir. Bu mərhələlərin reallaşdırılması çərçivəsində 2026-cı ilə qədər orbitdə kosmosda nüvə istilik raket mühərriklərinin prototipləri hazırlanmalıdır./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 924 Tarix: 06 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi
24 oktyabrFilippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24 oktyabr83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu
Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl
24 oktyabr"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin
25 oktyabrRobert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı
24 oktyabrMask respublikaçılara 445 milyon dollar bağışladı
CNN-in məlumatına görə, iş adamı Elon Musk ABŞ Konqresinin ara seçkilərinə ən azı 445 milyon dollar ianə edib. xəbər verir ki, kanalın məlumatına görə, ianələrin əhəmiyyətli bir hissəsi respublikaçıların ABŞ Senatında təsirlərini qoruyub saxlamalarına kömək üçün xərclənib. CNN qeyd edir ki, "Pu
23 oktyabrHörmüz boğazında iki tanker minalara düşüb
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki tanker dəniz minalarına məruz qalıb. xəbər verir ki, gəmi minalara tuş gəlib. İİKK gəmilərin müəyyən edilmiş qaydaları pozduğunu və icazəsiz marşrut üzrə hərəkə
24 oktyabr