"Axmaq deyiləm ki, o sualı verim"

"Axmaq deyiləm ki, o sualı verim"Aparıcı Zümrüd Bədəlova qalmaqala səbəb olan sual barədə açıqlama verib.

Z. Bədəlova OLAY-a danışaraq mövzunun çox şişirdildiyini, tənqidlərin mənasız olduğunu bildirib:

"Tənqidlər çox mənasız və məntiqsizdir. Əslində, mən çaşmadım. Bizim əvvəlcədən söhbətimiz oldu. Nəvə babasına çox bənzəyirdi, o kadrlardan da danışdıq. Soruşdum ki, evdə babanızdan qalma nəsə yoxdur? Yəni bir foto, ya da nəsə başqa şey?! O da dedi ki, mən böyüyənə yaxın babama bənzəmişəm. Biz bu söhbətləri efirdən əvvəl etmişdik. Həmişə səmimi söhbət əsnasında suallar olur, dedim ki, onu görmüsüz? Yəni bir şəkli, ya da yadigarı soruşdum. O da özü başa düşmədi, çaşdı.

Sonra da redaktor dedi ki, qonaq gəlir, mən də üzümü çevirib getdim, yoxsa düzəliş edərdim. Burada böyük faciə yoxdur. Heç başqa şeylərdən bu qədər yazılmır. Hər halda axmaq deyiləm ki, 100 il əvvəl ölən adam üçün "babanı görmüsən" deyim? Sual bir az gülməli çıxdı, bunu mən də anlayıram. Amma o mənada verilməmişdi. Bizim söhbətlərimiz oldu, dedim ki, görmüsüz onu? Söyləmədim ki, həyatda görüb, qucaqlamısan... Biz nə görmüşük ki, onun haqqında? Yaxşı ki, iki-üç kadr var. Mənim babamın babasının evdə şəkli var. Fakt olaraq onu görmüşəm. Bunu çox da şişirtməyək, bir az zarafatlaşsınlar, sonra yaddan çıxacaq".

Qeyd edək ki, Zümrüd ötən gün aparıcısı olduğu "Xəbər Ətər" proqramında şair Əhməd Cavadın nəvəsi Anar Axundzadəyə verdiyi sualla gündəmə gəlib. Aparıcı ona "babanıza çox bənzəyirsiniz. Onu görməmisiz" sualını vermiş, qarşı tərəf "yox, 1937-ci ildə güllələnib", - deyə, cavablayıb. Bundan sonra Bədəlova tənqidlərə məruz qalıb.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3444   Tarix: 06 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cim Kerri üçüncü dəfə gizli evləndi

Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss

1 oktyabr
.

Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü

Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo

3 oktyabr
.

25 milyonluq malikanəsi əlindən alına bilər

Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th

17 oktyabr
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb"

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın

29 sentyabr
.

Dünyaca məşhur aktyordan Hande Erçelə sürpriz həmlə!

"Elite" serialındakı Ander Muñoz rolu ilə dünya şöhrəti qazanan ispan aktyor Arón Piper türkiyəli aktrisa Hande Erçeli İnstaqramda izləməyə başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Piperin bu addımı sosial mediada diqqət çəkib. İki aktyorun indiyədək birlikdə çalışdığı məlum layih

29 sentyabr
.

İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"

"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar

6 oktyabr
.

Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib

Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib

13 oktyabr
.

Talıb Talenin ikinci qızı dünyaya gəlib

Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib

16 oktyabr
.

Bacısı ilə davasından danışıb ağladı - Video

Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly

14 oktyabr