"Məktəblərdə, ailələrdə, mediada bu mövzuda geniş maarifləndirmə işləri aparılmalıdır"
"Son 1 həftə ərzində 2 məktəbli qız hündürmərtəbəli binadan özlərini ataraq intihar edib. Səbəblər sırasında imtahanda zəif nəticə və valideyn təzyiqi göstərilir. Səbəb nə olur olsun, gül balalarımızın gözlərimiz qarşısında özlərinə qıyması çox üzücüdür. Hesab edirəm, burada həm məktəblərin, həm də valideynlərin üzərinə ciddi vəzifələr düşür".
Sonxeber.az-ın məlumatına görə, bu sözləri ilahiyyatçı, Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, dinimizdə intihar ən böyük günahlardan sayılır:
"Məktəblərdə, ailələrdə, mediada bu mövzuda geniş maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac var. Burada məktəb psixoloqlarının da üzərinə ciddi vəzifələr düşür.
Həmçinin, valideynlər də övladları ilə münasibət və rəftarda çox diqqətli olmalıdırlar. Onlarla daha çox vaxt keçirməli, problemlərinə həssas yanaşmalı, təzyiqdən uzaq olmalıdırlar. Əks halda bu hadisələrin davamlı baş verməsinin şahidi olacağıq.
Dəyərli gənclər, siz də bilməlisiniz ki, intihar heç bir çətinlikdən çıxış yolu deyil. Bunu etməklə, böyük günah qazanmaqla yanaşı, sizi sevənlərə də böyük iztirab və kədər yaşadırsınız. Problem varsa, müzakirə etmək, çıxış yolu axtarmaq lazımdır. Allah bütün gül balaları qorusun".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1754 Tarix: 07 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabr