Mübariz Mənsimov kirli keçmişini satın aldığı media qurumları vasitəsi ilə təmizləməyə çalışır
"Palmali Holding"in prezidenti Mübariz Mənsimovun adı hər zaman xoşagəlməz hadisələrdə hallanıb. FETÖ ilə əlaqələri ortaya çıxdıqdan sonra həbs edilən və bu günlərdə barəsində şərti həbs qərarı verilməklə azadlığa buraxılan Mübariz Mənsimov dövlətimiz əleyhinə yenidən öz kirli oyunlarını oynamağa başlayıb.
Mübariz Mənsimovun növbəti planı Azərbaycanda bir sıra media qurumlarını satın alaraq özü üçün qəhrəman və vətənpərvər obrazı yaratmaqdır.
Sonxeber.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün öncə Mübariz Mənsimov Azərbaycanda fəaliyyət göstərən bir neçə KİV rəhbərinə adının təmizə çıxarılması və ictimai müdafiəsi üçün ayrı-ayrı məbləğlərdə pul göndərib.
Məlumatda qeyd edilir ki, Mübariz Mənsimovun Bakıdakı yaxın adamı KİV rəhbərləri ilə görüşərək, istədikləri məbləğdə pulu onlara təqdim edərək onun haqqında sifariş etdiyi yazıları dərc etdirir.
Yayılan məlumatların doğru olduğunu sübuta yetirən bir neçə yazı da dərc edilmişdi. Lakin Mübariz Mənsimovun planı ortaya çıxdıqdan sonra həmin yazılar KİV-dən silindi. Görünür, Mübariz Mənsimov qaranlıq və kirli keçmişini satın aldığı media qurumları vasitəsi təmizləməyə və özünü xeyriyyəçi kimi qələmə verməyə çalışır. Amma unutmamalıdır ki, onun pulu və satın aldığı insanlar Azərbaycanın əldə etdiyi uğurlara kölgə sala bilməz! Çünki Azərbaycan xalqı öz dövlətinə inanır və puluna güvənərək müxtəlif kirli oyunlarla ölkəmizin uğurlarına kölgə salan Mübariz Mənsimov kimi insanları qınayır.
Leyla Nəsir
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3974 Tarix: 07 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabr