"Nə qədər ki, müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaq"

"Nə qədər ki, müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaq""Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 99 il keçir. Hər il ölkəmizdə Ulu Öndərin doğum günü geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşayıb, hər zaman milli ideallara bağlı olub. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edən Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməyib. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək...
Hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti Ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb".

Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.

O bildirib ki, Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb:

"Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənib. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıb, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilib, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib".

Fikrinin davamı olaraq, Tamam Cəfərova Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi olan milli ideologiyanın yaradılması məsələsinə xüsusi toxunub və qeyd edib ki, Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən edib, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb:

"Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçib. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilib. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib.

Bir sözlə, Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi
kimi tanınıb, Azərbaycan xalqının Ümummilli liderinə çevrilib. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməyib. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi azərbaycanlı, Ulu Öndər Heydər Əliyevin Vətən, xalq qarşısında müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən həmişə xatırlanacaq, Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlər hər zaman gələcək nəsillər üçün örnək olacaq.

Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaq. Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır. Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib.

Ümummilli lider əsl ümumxalq məhəbbətini, sevgisini qazanan nadir siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər ki, müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaq. Bu isə əbədiyyət deməkdir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1450   Tarix: 09 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr
.

Şagirdlərin məktəbə müəyyən edilmiş qaydalara uyğun geyimdə gəlməsi nəzərdə tutulur - AÇIQLAMA

"Geyimin məktəb mühitinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Vahid məktəbli formasına keçidlə bağlı təşəbbüslərdən biri də imkanlı ailələrin övladlarının bahalı və dəbdəbəli geyim və aksessuarlarla məktəbə gəlməsinin qarşısını almaq, şagirdlər arasında bu baxımdan fərqliliyi azaltma

22 sentyabr
.

"Kristal Estetik" klinikası və direktoru cərimələndi

"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"

22 sentyabr
.

Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması baxımından vacibdir - ŞƏRH

"Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması və inklüzivliyin təmin edilməsi baxımından vacibdir. Hər bir şagirdin vahid geyim formasından istifadə etməsinə diqqət yetirilməlidir. Bəzi şagirdlər dini elementlər daşıyan geyimlərə üstünlük verə bilərlər. Lakin həm "Din

22 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr
.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr