"TikTok"da narkotik satışı, gənclərin alçaldılması... - ÇARƏ NƏDİR?
Son zamanlar sosial şəbəkələrdə, əsasən də "TikTok" səhifələrində yeniyetmə və gənclərin kimisə alçaldıb videoya çəkməsinin və narkotik maddələrin təbliğatının şahidi oluruq. Bəs bunun qarşısını necə almaq olar?
Məsələ ilə bağlı Sonxeber.az-a ilahiyyatçı, Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov açıqlama verib.
O, mövzuya dəfələrlə toxunulduğunu və görüntülər yayıldıqda dərhal tədbir görüldüyünü qeyd edib:
"Əslində sosial şəbəkələr dəyərlərimizi təbliğ etməyə, maarifləndirmə aparmağa yaxşı bir imkandır. İnsanların da əsas istiqaməti bu olmalıdır. Amma təssüf ki, bəzən gənclərin yalnış addım atdıqlarını görürük. Bu, birmənalı olaraq yaxşı hal deyil.
Hesab edirəm ki, belə hadisələr olan zaman bununla bağlı aidiyyəti orqanlar lazımi addımlar atırlar və kimsə belə halla rastlaşarsa, mütləq məlumat verməlidir ki, müvafiq dövlət qurumları tədbir görsünlər.
Sosial şəbəkələrdən həm müsbət, həm də mənfi yöndə istifadə etmək olur. Lakin təəssüf ki, təkcə "TikTok" yox, bir sıra hallarda digər sosial şəbəkələrdən də müxtəlif, xoşa gəlməyən məqsədlərlə istifadə olunduğunun şahidi oluruq. Son günlərdə sosial şəbəkələr vasitəsilə hətta narkotik satışı da həyata keçirilir. Bu isə yolverilməzdir!
Düşünürəm ki, burada bizim iki yolumuz var:
1. İnzibati qaydada sosial şəbəkələrin fəaliyyətinin dayandırılması. Bu, beynəlxalq müstəvidə qəbul edilmir. İnsan hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunur.
2. İnsanlar özləri anlasınlar ki, bu, kütləvi, ictimai bir yerdir. Burada hər bir insan öz davranışına, əməlinə ciddi nəzarət etməlidir. Belə hallar isə yolverilməzdir.
Biz öz dəyərlərimizi qorumalıyıq, insanlara mənəvi dəyərləri təbliğ etməliyik".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1204 Tarix: 09 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabr