70-ə yaxın nəvəsi olan 100 yaşlı müharibə veteranı Səməd Vurğunun şeirini əzbər OXUDU - VİDEO
Qubanın Xanəgah kənd sakini, İkinci Dünya Müharibəsi veteranı Yunus Məmmədağa oğlu Kazımov bu gün 100 yaşını qeyd edir.
Yunus Kazımov qələbənin 77-ci ildönümü və özəl günündə Bizim.Media-nın özəl müsahibi olub.
Qubanın səfalı Xanəgah kəndində doğulan, tat xalqının nümayəndəsi olan Yunus kişi əməlli-başlı sinədəftərdir. Həyatı, döyüş yolu barədə necə həyəcanlı danışırsa, elə bilirsən ki, hadisələr dünən olub.
Yunuş kişi 1942-ci fevral ayında 19 yaşında müharibəyə yollanıb və diviziyada qulluq edib:
"9 May qələbə xəbərinədək Mozdok, Şimali Qafqaz, Taqanroq, Budyansk, Polşa, Çexoslovakiyaya qədər döyüş yolu keçmişəm. Müharibədən qayıdandan sonra Xanəgah kəndində ticarət sahəsində və meşəbəyi işləmişəm".
O, vəfat etmiş həyat yoldaşından da söz açıb. Mərhum həyat yoldaşı İncahan xanım Qəhrəman ana olub və onlar birlikdə 10 övlad böyüdüblər.
Övladlarından birini itirən Yunus kişi bu gün 9 övladı, 70-ə yaxın nəvəsi, 10-dan artıq nəticəsi və 3 kötükcəsinin əhatəsində bir əsrlik doğum gününü qeyd edir.
Şair təbiətli Yunus kişi sonda Səməd Vurğunun müharibə mövzusunda yazdığı şeiri əzbər söyləyərək, dünyanın sülh üstündə bərqərar olmasını arzu edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1909 Tarix: 09 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabr