Qəzada ölən azərbaycanlı iş adamı Afrikada DƏFN EDİLDİ - FOTO + VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Afrikada yerləşən Mali Respublikasında azərbaycanlı iş adamı Məmmədpaşa Axundov yol qəzasında vəfat edib.
Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, qızıl mədənçiliyi ilə məşğul olan "Arifoglu Gold" MMC-nin rəhbərinin nəşi qısa müddətdə ölkəyə gətirilməsi mümkün olmadığından o, Malidə dəfn edilib.
Yaxınlarının bildirdiyinə görə, M.Axundov daha əvvəl Almaniyada yaşayıb və sonradan Mavritaniya Respublikasında qızılçıxarma şirkəti qurub. Onunla birgə bir neçə azərbaycanlı da orada şirkətin idarə edilməsində iştirak edib.Onlar baş vermiş qəzada şübhəli məqamların olduğunu qeyd ediblər.
Qeyd edək ki, Məmmədpaşa Axundov həm də xeyriyyəçi kimi tanınıb. Onun rəhbərliyi altında Afrika ölkələrində 40 su quyusu, xəstəxana, məscid və məktəblər tikilərək istifadəyə verilib. İş adamının sürücüsü ilə birgə qəzaya düşdüyü "Toyota" markalı avtomobilin hadisə yerində çəkilmiş görüntülərini təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2570 Tarix: 09 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabr