Azərbaycanda yeni radiokanal fəaliyyətə başladı
Bu gündən etibarən "Real" FM radiosu əsas yayıma çıxıb.
Bunu açıqlamasında "Real" FM radiosunun direktoru Kəmalə Onur bildirib.
Onun sözlərinə görə, dinləyiciləri ölkədə və dünyada baş verənlərlə bağlı operativ şəkildə məlumatlandırmağı qarşısına məqsəd qoymuş "Real" FM-in yayımının əsas hissəsini xəbərlər təşkil edir:
"Radio səhər efirinə ötən gün və gecə saatlarında baş vermiş hadisələrin, gündəmin müzakirəsi ilə başlayır. Daha sonra dinləyiciləri hər saatın tamamında və yarısında xəbər buraxılışları, eləcə də qısa xəbərlər, reportajlar, müsahibələr vasitəsilə məlumatlandırır. Bundan başqa, yaxın zamanda radionun efirində vətəndaşların müraciətlərini aidiyyəti qurumlara çatdıraraq onların problemlərinin həllinə, suallarının cavablandırılmasına şərait yaradacaq verilişin hazırlanması nəzərdə tutulur. Axşama doğru isə yekun xəbər buraxılışında gün ərzində baş verənlərin icmalı şərh ediləcək, rəsmi qurumların açıqlamaları təqdim olunacaq. Xəbərlərlə yanaşı, efirin bir hissəni isə zövqlü musiqi bəzəyir. Dinləyicilər xəbərlər və verilişlər arasında müxtəlif zamanların ən sevilən hitlərinə qulaq asa biləcəklər".
Kəmalə Onur qeyd edib ki, "Real" FM Bakıda və Abşeron yarımadasında 107 FM, Şuşa və ətraf rayonlarda isə 98.6 FM tezliyində yayımlanır. Yaxın zamanda isə radionun bütün ölkə ərazisində yayımı planlaşdırılır.
Qeyd edək ki, Audiovizual Şuranın ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqəsinin nəticəsinə görə, "Real Təhlil İnformasiya Mərkəzi" MMC (radiokanalın adı: "Real" FM) qalib olub./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1064 Tarix: 10 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabr