Qubada DƏHŞƏT: "Çörək almısan ki, əl dəyəsən?" dediyi üçün atasını döydü
Qubada atasını döyən şəxs cinayət məsuliyyətindən azad olunub.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralında rayonun Timiryazev qəsəbəsində baş verib. Belə ki, 36 yaşlı Romik Xudiyev (soyad şərtidir) atası Sevindik Xudiyevin (soyad şərtidir) sağlamlığına zərər yetirib.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Romik Xudiyev deyib ki, etdiyi əməldən peşmandır:
"Evdə atam, mən və mərhum qardaşımın ailəsi ilə birlikdə yaşayırıq. Hadisə baş verən gün, səhər saat 4 radələrində sərxoş halda evə gəldim. Mətbəxə keçib çörək yemək istəyəndə qapının kilidli olduğunu gördüm. Qapını itələyib açmaq istəyəndə atam gəlib qışqırdı ki, "çörək almısan ki, əl dəyəsən?" Bundan sonra aramızda mübahisə yarandı və bu zaman mən onun sifətinə bir neçə zərbə endirdim. Hazırda onunla barışmışıq".
Sevindik Xudiyev məhkəmədə iştirak edə bilmədiyindən onun ifadəsi elan olunub. O bildirib ki, oğlu onun üzünə yeddi-səkkiz dəfə yumruq zərbəsi vurub:
"Heç yerdə işləmir. Qazandığı pulu da ancaq içkiyə verir. Ailəyə maddi cəhətdən köməklik göstərmir. Gəlinim yeməkxanalarda işləyərək ailəni dolandırır. Hadisə baş verən gün səhər saatlarında evə sərxoş halda gəldi. Mətbəxin qapısını qırıb içəri girmək istəyirdi. Mən ona iradımı bildirəndə isə qollarımdan tutaraq divara çırpdı. Sonra isə üzümə zərbələr endirdi".
Atası oğlundan şikayətçi olmadığına görə məhkəmə icraata xitam verib və Romik Xudiyev cinayət məsuliyyətindən azad olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3376 Tarix: 10 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabr