"İrəli" gəncləri Ulu Öndərin doğum gününü silsilə tədbirlərlə qeyd etdilər - FOTOLAR

"İrəli" gəncləri Ulu Öndərin doğum gününü silsilə tədbirlərlə qeyd etdilər - FOTOLARÜmummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü "İrəli" İctimai Birliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunub.

Sonxeber.az xəbər verir ki, "İrəli" İctimai Birliyinin nümayəndələri və təşkilata üzv gənclərin iştirakı ilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edilib, məzarı önünə gül dəstələri düzülüb.

200-ə yaxın "İrəli" gəncinin iştirakı ilə "Heydər Əliyev: Siyasi başçıdan milli liderə qədər" adlı konfrans keçirilib. Konfransda AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovla yanaşı bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları iştirak ediblər.

Konfrans Ümummilli lider Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfrans iştirakçıları çıxışlarında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərində ölkəmizin rifahı və inkişafı naminə çalışdığını, Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Tədbir boyunca Ümummilli liderin gənclərə tövsiyələri, Ulu Öndər irsinin aşılanmasında gənclərin rolu haqqında ətraflı fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirlər planı çərçivəsində "İrəli" gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası baş tutub. İştirakçılar Heydər Əliyev Muzeyini ziyarət edərək Ümummilli liderin keçdiyi şərəfli və unudulmaz ömür yolu ilə bağlı maraqlı faktlar, foto və video materiallar, digər unikal eksponatlarla yaxından tanış olublar.

40 komanda üzrə ümumilikdə 200-dən çox gəncin iştirakı ilə təşkil olunan "Nə? Harada? Nə zaman?" intellektual turniri çərçivəsində ümumi dünyagörüşü, tarix, ədəbiyyat, mədəniyyət və incəsənətlə yanaşı, Ümummilli lider Heydər Əliyevin hakimiyyət dövrü, onun həyata keçirdiyi genişmiqyaslı layihələri əhatə edən suallar verilib, qalib komandalar mükafatlandırılıb.

Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "İrəli" Media Mərkəzi tərəfindən "Ümummilli lider – 99" adlı qısametrajlı videoçarx hazırlanıb. Birliyin bütün sosial şəbəkə platformalarında yayımlanan videoçarxın başlıca mesajı sənətindən, peşəsindən, yaşından, cinsindən asılı olmayaraq, hər bir gəncin Ulu Öndərin bizlərə miras qoyduğu müstəqilliyi qoruyub saxlamasıdır.

"İrəli" gəncləri Ulu Öndərin doğum gününü silsilə tədbirlərlə qeyd etdilər - FOTOLAR"İrəli" gəncləri Ulu Öndərin doğum gününü silsilə tədbirlərlə qeyd etdilər - FOTOLAR"İrəli" gəncləri Ulu Öndərin doğum gününü silsilə tədbirlərlə qeyd etdilər - FOTOLAR"İrəli" gəncləri Ulu Öndərin doğum gününü silsilə tədbirlərlə qeyd etdilər - FOTOLAR"İrəli" gəncləri Ulu Öndərin doğum gününü silsilə tədbirlərlə qeyd etdilər - FOTOLARAysel Quliyeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 903   Tarix: 10 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr