Şamaxıda leysan bir sıra fəsadlar törədib, torpaq sürüşməsi olub
Şamaxı rayonunda bir necə gündür ki, yağan leysan yağışları və dolu bir sıra fəsadlara səbəb olub.
APA xəbər verir ki, son günlər yağan yağışlar nəticəsində Ağsu çayında suyun səviyyəsi artaraq öz məcrasından çıxıb. Nəticədə Şamaxı şəhərinin dağlıq ərazidə yerləşən bir neçə kəndlə nəqliyyat əlaqəsi kəsilib. Məlumata görə, güclü leysan yağışları Şamaxının Qəleybuğurd, Sis, Keçmədin, Qaladərəsi kəndlərində bir sıra fəsadlar törədib. Qaleybuğurd və Sis kəndlərinin ərazisindən keçən Ağsu çayında suyun səviyyəsi qalxaraq avtomobil yolunu dağıdıb. Ərazidə körpü olmadığı üçün onlarla sürücü yolda qalıb, kəndlərə gediş-gəliş dayanıb.
Güclü sel suları çayın məcrasından çıxaraq yatağın genişlənməsinə səbəb olub. Bu da kənddə torpaq sürüşməsinə və yolların çökməsinə səbəb olub.
Sel suları kənd ərazisindən keçən elektrik dirəklərini aşırıb, qaz borularını qoparıb, kənd sakinlərinə məxsus təsərrüfatlara ciddi ziyan dəyib.
Bu gün günorta saatlarından sonra əraziyə canlı qüvvə və texnikalar cəlb olunub, hazırda kəndlərə gediş-gəlişi bərpa etmək üçün tədbirlər görülür.
Qeyd edək ki, hazırda Şamaxı rayonunda güclü leysan yağışı davam edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 997 Tarix: 10 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabr