Bakıda kişi arvadı ilə qayınanasını girov saxladı
Bakıda Türkiyə vətəndaşı tərəfindən hədələnərək girov saxlanılan iki qadın xilas edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən binada baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Arzu Rəsulova (ad-soyadlar şərtidir - red.) polisə zəng edərək Türkiyə vətəndaşı olan kürəkəni, 1983-cü il təvəllüdlü Muhammet Akbulut tərəfindən evdə bıçaqla hədələnməsi barədə məlumat verib.
Dərhal ərazi üzrə polis bölməsinin əməkdaşları həmin ünvana gediblər. Məlum olub ki, evdə bir neçə nəfər şəxs olsa da, qapı bağlıdır və polisin çağırışlarına baxmayaraq, qapını açan olmayıb.
Bunu görən polis əməkdaşları Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə müraciət ediblər və həmin binaya gələn xüsusi qrup mənzilin qapısını açıb. Bu zaman M.Akbulut bıçaqla özünə xəsarət yetirməyə cəhd göstərsə də, onun cəhdinin qarşısı alınıb. Həmin şəxsin bıçaqla hədələyib evdə girov saxladığı həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aysel Rəsulova və anası Arzu xilas edilib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1493 Tarix: 11 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabr