Yeniyetmə intiharlarının pərdəarxası: Valideyn səhlənkarlığı, musiqilər, filmlər yoxsa bullinq? - ARAŞDIRMA

Yeniyetmə intiharlarının pərdəarxası: Valideyn səhlənkarlığı, musiqilər, filmlər yoxsa bullinq? - ARAŞDIRMA2022-ci il başlayandan ölkədə intihar hadisələrinin sayı yenidən artmağa başlayıb. Təəssüf hissi ilə deməliyəm ki, demək olar ki, hər gün ən az bir intihar xəbəri ilə rastlaşırıq. Hətta müəyyən bir dövrdə ölümlə nəticələnən intihar hadisələrinin sayı pandemiya dövründə COVİD-19 virusu səbəbi ilə həyatını itirənlərin sayına yaxınlaşırdı desək, yalan olmaz.

İstənilən halda bu məsələdə cəmiyyət olaraq eləcə də dövlət qurumları öz öhdəliklərini bilməli və vaxtında yerinə yetirməlidir. Sözügedən problemlə bağlı müvafiq qurumların maarifləndirici, sosial videoçarxlarların hazırlanması və televiziyalarda müəyyən sıxlıqla yayımlanmasının təmin edilməsi olduqca faydalı olardı. Amma təəssüf ki, bu maarifləndirmələrə tez-tez rast gəlinmir.

Məsələn ABŞ-ın Milli Uşaq Ölümləri Məlumat Bazası (NCMD) tərəfindən bu istiqamətdə araşdırmalar aparılır və hesabat hazırlanır. Burada təhsil prosesinin üzbəüz formada keçirilməsində yaranan məhdudiyyətlər, qayğı və dəstək xidmətlərinin təqdim olunmasında yaranan fasilələr uşaq və yeniyetmə intiharlarına gətirib çıxaran səbəblər siyahısında qeyd edilir. Bəs bizdə aidiyyəti qurumlar intiharların statistikasını hazırlamaqdan savayı nə edirlər? İlbəil bu rəqəmlərin azalması üçün atılan addımlar və ya atılan addımların effektiv nəticələri niyə gözə dəymir?

Cari ilin əvvəlindən bu günə qədər geridə qoyduğumuz iki ayda onlarla intihar hadisəsi baş verib. Bu gün də baş verməyə davam edir.

İnsanların intihar etmə səbəblərini əsasən depressiya, şizofreniya, ailə problemləri, uğursuz münasibətlər, zorbalıq, şəxsiyyət pozğunluğu və s. ilə əlaqələndirirlər. Hər halda bu gün Azərbaycanda intihar hadisələrinin görülməmiş sıxlıqda baş verməsi, xüsusilə məktəblilərin intihar hallarının artması ciddi narahatlıq doğurur.

Uşaqların dinlədiyi musiqilərin sətiraltı onları depressiyaya salması, izlədikləri filmlərdə mövzuların onların yaş həddinə uyğun olmaması səbəbindən pessimistliyə qapılma, pis vərdişlərə yiyələnmələri və intihara meyil etmələri ilə bağlı səsləndirilən fikirlər doğru ola bilərmi?

Əgər bunlar sadəcə əsassız iddialardırsa, bəs məktəblilər niyə intihar edir?

Məsələ ilə bağlı Oxu.Az-a danışan psixoloq Təranə Kazımlı bildirib ki, bu məsələlər hər zaman olub:

"Təbii ki, biz bu halları ürək ağrısı ilə oxuyuruq. Həmin qız mənim qızımla həmyaşıd olub. Biz mütəxəssis olmaqdan əlavə həm də valideynik. Yeniyetməlik dövrü qızlarda 13 yaşdan 9 yaşa qədər enib, bu da erkən başlayır deməkdir. Belə ki, hormonal balans, erkən həddə buluğa çatma, ətrafın çox tez sosiallaşması - bu məqamlara təsir göstərən nüanslardandır. Oğlanlarda həddi-buluğ dövrü 11 yaşdır.

Yeniyetməlik dövrünün xüsusiyyətlərinə diqqət çəkilməlidir ki, valideynlər bu dövrdə uşaqlarla söhbət etsinlər, 13-15 yaşı gözləməsinlər. Bu yaşlarda xüsusiyyətlər - narazılıq, yalnızlıq istəyi, özünə, əşyalarına qulluq etmək istəməmək, valideynlərlə münasibətlərin pozulması, cəmiyyətlə ziddiyyət, qaydalara qarşı dirəniş göstərmək və s. Eyni zamanda bu qarşı cinsə yönələn ziddiyyətlə də özünü göstərir, özünəgüvənin itirilməsi və s. ilə bağlı da valideynlər tərəfindən müraciətlər daxil olub. Bu xəstəlik deyil, bu yeniyetməlik dövrünün simptomlarıdır. Yeniyetmə valideyni olmaq çətindir, biz bu durumlarda valideynlərlə da söhbət aparırıq".

Ani aqressiya, həssaslıq, təklik istəyi...

Ailələrin maddi, mənəvi durumlarının fərqli olduğunu vurğulayan psixoloq ailələrə yalnız psixoloji yardımla bağlı müraciət etdiklərində köməklik göstərə bildiklərini deyir:

"Bu xəstəlik deyil, yeniyetməlik dövrünün böhran mərhələsidir. Bu dövrdə əsas məqam özünə qarşı inamsızlıq yaranmasının qarşısını almaqdır. Uşaqlarda 3-5 yaşlarında özünəgüvənsizlik varsa, yeniyetməlik dövründə bu hiss özünü intihar hallarına qədər gətirib çıxara bilir. Burada sırf ailələri günahlandırmaq olmaz, məktəblər də rol oynayır. Uşaqlar – ailə, məktəb, cəmiyyət çevrəsində formalaşır və hər üç tərəfin uşağa təsiri var. Təbii ki, pedaqoqların da mühüm rolu var, onlar valideynə uşağı psixoloqa aparmağı tövsiyə edir. Həmin müəllimlərə təşəkkür düşür, çünki onlar deməsə valideynlər uşaqlarını psixoloqa aparmırlar. Valideyn məcbur olur psixoloqa gəlir. Bu uşağın ruh halının başa düşülməsi deməkdir. 5-ci sinifdən uşağın yeniyetməlik dövrü başlayır, məndən olsa hər sinifdə bir psixoloq olmalıdır. Onları düzgün müşahidə etməli və uşağın vəziyyəti ilə bağlı ailələrə düzgün məlumatlar verilməlidir".

18 yaşa qədər uşağın psixoloqa şəxsi müraciət etmək imkanı yoxdur...

Təranə Kazımlının sözlərinə görə, 18 yaşdan yuxarı müraciət edənlər arasında nişanlı, yeni ailə quran insanlar var:

"Ümumiyyətlə 18 yaşdan yuxarı şəxslər arasında öz iradəsi ilə psixoloqa müraciət edənlərin sayı çox azdır. Hətta elə bir təbəqə var ki, psixoloqa get deyiləndə "mən dəli deyiləm ki, həkimə gedim" cavabını verir. İnsanlar hələ də psixoloqla psixiatr fərqini bilmir.

Cəmiyyətin yeniyetmə dövrünü böhranlı vəziyyətdə keçirdiyini nəzərə alaraq ailə modelinə uyğun, yaşadığı mühitə uyğun yol seçilməlidir. Yeniyetmə ilə tək işləmək effekt verə bilməz, ancaq yeniyetmənin ailəsi ilə münasibətləri, cəmiyyət arasında ünsiyyət səviyyəsi analiz edilməlidir ki, çıxış yolu tapılsın. Bəzən ailənin özündə problem olur, yeniyetmənin heç bir günahı olmur. Zəruri olar ki ailə üzvləri psixoloqa müraciət etsin. Yeniyetmələrin həyatın ən şirin çağında canına qıymasın deyə, intihar etməsin deyə bu dövrdə onlarla uyğun dil tapıb, sevgi ilə yanaşmalıyıq. Valideynlər uşaqları öz dövrü ilə müqayisə etməməlidir. Bu düzgün yanaşma deyil. Belə olan halda uşağa "niyə arzu-istəklərin bitmir", "bizim vaxtımızda belə şeylər yox idi", "niyə ətrafdakılarla yola getmirsən" və s. kimi neqativ yanaşma ilə danışmaq olmaz. Onsuzda yeniyetmələr arasında bir-birini qəbul etməmək, bullinq onları intihara sürükləyə bilir. İntihar məsələsi birdən-birə olmur bu körpəlikdən, məktəbəqədər yaş dövründən yığılaraq gələn problemlərin nəticəsidir".

Sosioloq Əhməd Qəşəmoğlu isə intiharla bağlı məsələlərə münasibət bildirərkən analiz etmədən, ağlına gələn fantaziyaları irəli sürənlərə irad bildirib. Onun sözlərinə görə, intiharlarla bağlı mövzu o qədər mürəkkəb məsələdir ki, o barədə müğənnilərin, deputatların, özünə psixoloq, sosioloq deyən bəzi şəxslərin fikir bildirməsi doğru deyil:

"Cəmiyyət günbəgün çətinləşir, belə bir vaxtda ciddi elmi əsaslar olmadan danışmaq olmaz. Bu işlərlə bağlı ciddi proqramlar hazırlanmalıdır. İntihar özü bir davranış formasıdır. Elmi cəhətdən kifayət qədər əsaslandırılıb ki, davranış – şəxsi xüsusiyyətlər, mühit, informasiya intensivliyi və üstünlük verdiyi dəyərlər formalaşdırır. Əgər intihar halları artıbsa, deməli insanların bir qismi anadangəlmə psixoloji xüsusiyyətlərinə görə intihara meyilli olurlar. Bu nəsillikcə gələn psixoloji xüsusiyyət ola bilər. Amma mühit var ki, bu meyilliliyi bloklayır, bəzən isə inkişaf etdirir. Həmin gənclərin mühiti bloklansaydı ömrünün sonuna qədər intihara meyil etməzdi.

Mühit biri var cəmiyyətdə baş verənlər biri də var ailə üzvləri, valideynlər. Mən hər zaman deyirəm ki, bəzi valideynlər var ki, onların özü ilə işləmək lazımdır. Son 30 ildə yetişən valideynlər normal həyat şəraitində formalaşmadıqları üçün psixoloji, mənəvi cəhətdən inkişaf etməyiblər. Son 30 ildə formalaşan valideynlərlə, onlardan 10 il daha əvvəl formalaşan valideynlərin durumu bərabər deyil. Onlarla ayrıca işlər aparılmalıdır".

Ali təhsilin kultlaşdırılması gülməlidir...

Sosioloq deyir ki, çox insan Almaniyada, Türkiyədə ali təhsil almağa can atmaqdansa, peşə öyrənməyə, istedadını inkişaf etdirməyə çalışır:

"Ali təhsil də seçimdir. Azərbaycanda ali məktəb diplomlarının əksəriyyəti qondarmadır. Niyə? Çünki uşaqlar oxumur ödəniş edib, diplom alırlar. Mən o "diplomlara" 4, 7 illik ödənişin qəbzi deyirəm. Ali məktəbə girmədim deyərək həyatını korlamağa dəyməz və insanı bu neqativə yükləyəcək davranışlara da yol vermək olmaz. Ölkədə humanitar siyasət bir qədər dəyişilməlidir deyə düşünürəm.

Alınan informasiyaların effektivliyi, məhsuldarlığı da aşağıdır. Bu istiqamətdə proqram hazırlayıb, sosial layihələr təşkil etmək lazımdır. Belə olmadığı zaman uşaqlar, yeniyetmələr gedir "mavi balina" və digər şüuraltı psixoloji təsir edən kompüter oyunlarına qurşanırlar".

İntihara səbəb olan iki güclü faktor: Şəxsiyyətin özünü təsdiq etməsi və gələcək haqqında təsəvvürlər...

Valideynlər və məktəblər yeniyetmələrə gələcəyini qurması üçün onlara motivasiya məqsədilə söhbətlər aparmalıdır deyən sosioloq bununla onların beynində yaranan intihara meyilliliyin bloklanacağını düşünür:

"Bunu aidiyyəti qurumlar düşünməlidir. Hökmən elmi təhlillər aparılan, ciddi alimlərin, mütəxəssislərin çalışdığı mərkəzlər yaranmalıdır. Bu mərkəzlər cəmiyyət üçün təkliflər hazırlamalıdır. Hər bir məhəllədə polis - sahə müfəttişi olduğu kimi sosial işçilər də olmalıdır. Onlar vaxtında məsələyə müdaxilə edib, tədbir görsələr intihar halları baş verməz. Çünki məmurlar, aidiyyəti qurumlar bu məsələnin vacibliyini hələ də dərk etmir".

Ölkədə 8 universitet sosial işçilər yetişdirir, amma gözə dəyəni yoxdur...

Əhməd Qəşəmoğlu deyir ki, yetişdirilən sosial işçilərin işə qəbulu üçün qurumlar yoxdur:

"Təsəvvür edirsiniz, işçi hazırlanır amma iş yeri yox. Onların təbii ki, hazırlanma prosesinin də keyfiyyətini ölçsək əskik məqamlar gözə çarpar. Universitetlər sadəcə eşidib ki, sosial işçi prestijli ixtisasdır, tez proqramlara əlavə edilib amma növbəti mərhələlər düşünülməyib".

Qeyd edək ki, dünyadakı ölümlərin 1%-ni intiharlar təşkil edir, ölüm səbəbləri içərisində isə ilk 10 səbəbdən biri intihar olaraq qeyd edilir. Dünya Səhiyyə Təşkilatının (WHO) statistikasına görə, hər il intihar nəticəsində 800 000-ə yaxın insan ölür, bu da hər 40 saniyədə bir ölüm deməkdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1610   Tarix: 11 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal

21 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr