Bakıda 18 il əvvəl törədilən qətlin üstü açılıb

Bakıda 18 il əvvəl törədilən qətlin üstü açılıbXəbər verildiyi kimi, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsidə istintaq edilən cinayət işinin üstü açılaraq cinayətin Anar Ağalarov və qabaqcadan əlbir olduğu şəxslər tərəfindən törədilməsi müəyyən edilib.

Bu barədə Sonxeber.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən xəbər verilib.

Anar Ağalarov iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak etmiş daha bir şəxs tutularaq istintaqa cəlb edilib.

Belə ki, aparılmış istintaqla Anar Ağalarovun xalası oğlanları - 1976-cı il təvəllüdlü mərhum Teymur Məmmədov və 1984-cü il təvəllüdlü Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın 10 min ABŞ dolları məbləğində pulunu ələ keçirmək məqsədi ilə sonuncuya məxsus mənzilə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşyalar tətbiq edərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında mayın 11-də Fərid Məmmədli Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2980   Tarix: 11 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası

2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilə

9 oktyabr
.

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

5 oktyabr
.

Mehriban Rəhimliyə hökm oxundu

ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr

7 oktyabr
.

Atasını öldürən Ayxana 1 il yarım həbs verildi

Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb. 19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayə

14 oktyabr
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda

21 oktyabr
.

Ötən gün qəzada yaralanan sürücü vəfat etdi

Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub

8 oktyabr
.

Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat

Qax rayonunda 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz edilib. -ın məlumatına görə, rayon sakini Fərman adlı gənc oğlan parkda 2012-ci il təvəllüdlü qızla tanış olub. Təxminən 10 gün sonra qız Fərmandan ayrılıb və onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla sevgi münasibətləri yaşayıb. Rəhman qızl

21 oktyabr
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

5 oktyabr