Azərbaycanı "Avroviziya"da təmsil edənlər indi nə işlə məşğuldurlar? - VİDEO

Azərbaycanı "Avroviziya"da təmsil edənlər indi nə işlə məşğuldurlar? - VİDEO"Avroviziya" - 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən mahnı müsabiqəsidir. 2007-ci ildə İctimai Televiziya Avropa Yayım İttifaqına üzv oldu. Bundan bir il sonra Azərbaycan ilk dəfə bu müsabiqəyə qatıldı.

Oxu.Az 2008-ci ildən bu günə kimi ölkəmizi təmsil edən iştirakçılar haqda araşdırma aparıb.

Azərbaycanın "Avroviziya" mahnı müsabiqəsində ilk təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə olub. 2008-ci ildə Belqradda keçirilən müsabiqədə onlar "Day after day" mahnısını duet oxuyaraq 132 balla 8-ci yer tutublar.

Müsabiqədən sonra Samir Cavadzadə efirdən uzaqlaşıb. 2010-cu ildən Samir "Səninlə birlikdə", "İnsafsızlar", "Təkcə sənə bağlanıb qəlbim", "Bu da son" adlı mahnıları ilə efirə qayıdıb. "Avroviziya"dan sonra yollarını ayıran Samir və Elnur həmin vaxtdan bəri karyeralarını təklikdə davam etdirirlər.

Elnur Hüseynov 2015-ci ildə "O səs Türkiyə" yarışında qalib olduqdan sonra əsasən qardaş ölkədə yaşayıb-işləməyə başlayıb. O ən son Aygün Kazımovanın qızı İlqarə Kazımova ilə "Dəniz" adlı dueti ilə gündəmə gəlib.

Müğənni Aysel Teymurzadə 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edib. Teymurzadə müsabiqədə 207 xalla üçüncü yeri tutub. O, İran əsilli İsveç müğənnisi Araş ilə birlikdə "Always" mahnısını ifa edib.

Aysel 2012-ci ildə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı qurduqdan sonra müğənnilik fəaliyyətini dayandırıb.

Müğənni Səfurə Əlizadə Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən yarışda təmsil edib. "Drip-drop" mahnısını ifadə edən Səfurə müsabiqədə 145 xalla beşinci yeri tutub.

S.Əlizadə 5 iyul 2013-cü ildə Bodrumda Fərhad Əliyevlə ailə həyatı qurub, hazırda cütlüyün üç övladı var.

Səfurə "Avroviziya" mahnı müsabiqəsindən sonra sevilsə də, hazırda müğənni kimi fəaliyyət göstərmir.

İlk dəfə "Avroviziya" mahnı müsabiqəsində ölkəmizə qalib olmaq sevincini yaşadanlar isə 2011-ci ildə Eldar Qasımov və Nigar Camal olublar.

Onlar "Running scared" mahnısını ifa edərək 221 xalla birincilik qazanıblar.

Nigar Camal bu gün də ifaçılıq fəaliyyətini uğurla davam etdirir. O, son olaraq iki ay öncə rəsmi "YouTube" səhifəsində "Gəl qucaqla məni" adlı klipini təqdim edib.

Eldar Qasımov da duet ortağı Nigar Camal kimi ifaçılıq fəaliyyətini uğurla davam etdirir. Hazırda isə Eldar Qasımov "Avroviziya-2022"dəki təmsilçimiz Nadir Rüstəmliyə İtaliyanın Turin şəhərində öz dəstəyini göstərir.

2012-ci ildə ölkəmizi "Avroviziya"da Əməkdar artist, müğənni Səbinə Babayeva təmsil edib.

O, Bakı şəhərində keçirilən 57-ci "Avroviziya" mahnı müsabiqəsində "When the music dies" mahnısını ifa edib və 150 xalla dördüncü yeri tutub.

26 sentyabr 2012-ci ildə Səbinə Babayeva rejissor Cavidan Şərifov ilə ailə həyatı qurub. Səbinə hazırda estrada müğənnisi olaraq fəaliyyətini davam etdirir.

2013-cü ildə Malmödə keçirilən "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi Fərid Məmmədov təmsil edib. Fərid "Hold me" mahnısını ifa edərək 234 xalla ikinci yerdə qərarlaşıb. ABŞ-a köçən Fərid Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayıb. Fəridin orada kuryer olaraq çalışdığı barədə məlumatlar yayılıb.

2014-cü ildə Azərbaycanın "Avroviziya"da təmsilçisi Dilarə Kazımova olub.

Dilarə mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş I yarımfinal mərhələsində 8-ci nömrə altında "Start a fire" mahnısını ifa edib. Dilarə müsabiqədə 22-ci yeri tutub.

Tez-tez paylaşımları ilə gündəm olan Dilarə ən son "Olmaram" adlı klipini təqdim edib.

Səmra Rəhimli Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya" mahnı müsabiqəsində təmsil edib. Səmra "Miracle" mahnısı ilə final mərhələsində ölkəyə 17-ci yeri qazandırıb.

Fərqli tərzdə geyimləri və ifaları ilə gündəmdə olan ifaçı ən son rəsmi "YouTube" səhifəsində "Ad günü" mahnısını təqdim edib.

2017-ci ildə ölkəmizi "Avroviziya"da Diana Hacıyeva təmsil edib. Diana Kiyevdə keçirilən müsabiqədə "Skeletons" mahnısını ifa edərək 120 xalla 14-cü pillədə qərarlaşıb. Ana olduqdan sonra Diana səhnədən hələlik uzaqlaşıb.

Aysel Məmmədova 2018-ci ildə "X My Heart" mahnısı ilə Azərbaycanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Avroviziya" mahnı müsabiqəsində təmsil edib. O, yarımfinalda yetərli səs toplamadığı üçün finala keçə bilməyib.

Aysel son olaraq rəsmi "YouTube" səhifəsində "Alone with you" mahnısını təqdim edib.

Çingiz Mustafayev 2019-cu ildə "Truth" mahnısı ilə Azərbaycanı İsrailin Tel-Əviv şəhərində keçirilən "Avroviziya" mahnı müsabiqəsində təmsil edib.

Çingiz 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 302 xal toplayaraq səkkizinci yerdə qərarlaşıb. Bu, Azərbaycanın müsabiqədə 2013-cü ildən bəri ən yaxşı nəticəsi olub.

Hazırda Çingiz İndoneziyaya köçüb və fəaliyyətini orada davam etdirir.

Müğənni Samirə Əfəndi 2020-ci ildə keçiriləcək "Avroviziya" yarışında Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin pandemiya səbəbindən müsabiqə təxirə salındığı üçün o, 2021-ci ildə adıçəkilən müsabiqədə yenidən iştirak hüququ qazandı.

"Mata Hari" mahnısını oxuyan Samirə yarışı 20-ci olaraq bitirib.

Samirə hazırda İtaliyadadır. Hazırda o, bu ölkədə keçirilən "Avroviziya" mahnı müsabiqəsinə Norveçin nümayəndə heyəti tərəfindən dəstəkçi qismində dəvət edilib. Bununla bağlı Samirə hətta xüsusi açıqlama da yayıb.

"Səs Azərbaycan" yarışının qalibi olan müğənni Nadir Rüstəmli builki "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edir.

Nadir Rüstəmli İtaliyanın Turin şəhərində yerləşən "Pala Alpitur" arenasında müsabiqənin ikinci yarımfinalında "Fade To Black" mahnısını ifa edib və finala keçməyə nail olub.

"Avroviziya-2022" mahnı müsabiqəsinin final mərhələsi isə 14 may tarixində baş tutacaq.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3643   Tarix: 13 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mərhum atasını bu sözlərlə yad etdi

Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü

17 oktyabr
.

İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"

"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar

6 oktyabr
.

Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO

Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs

3 oktyabr
.

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun

14 oktyabr
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr
.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11 oktyabr
.

Keçmiş həyat yoldaşından "Yeraltı"nın ulduzu barədə etiraf

Türkiyəli aktrisa Melis İşiten 2019-cu ildə boşandığı Uraz Kaygılaroğlu ilə münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib. xarici mediaya istinadən xəbər verir ki, proqramlardan birinə qonaq olan İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və qızları Ada üçün birlikd

29 sentyabr
.

"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…

Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı

10 oktyabr