Xidmət sektorunda bahalaşma var - VİDEO
Əhaliyə göstərilən ödənişli xidmət sektorunda bahalaşma qeydə alınıb.
Sonxeber.az Xəzər TV-yə istinadən bildirir ki, yalnız ərzaq məhsullarından deyil, ödənişli xidmət sektorunda da son bir ildə bahalaşma baş verib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən illə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən daha çox bahalaşma paltar, ayaqqabı, mebel, minik avtomobillərinin təmiri, stomatoloji, ictimai iaşə, kosmetoloji və bərbərxana xidmətlərində olub. Burada 10.2 faizlik artım qeydə alınıb.
İqtisadçıların fikrincə, buna səbəb dünyada baş verən inflyasiya prosesidir.
Ekspert Xalid Kərimli deyib ki, inflyasiya meylləri hələ də davam edir və dayanmayıb. Xüsusilə pandemiyadan çıxan sektorların əvvəlki vəziyyətə qayıtması da vaxt alacaq.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatında ucuzlaşmanın yalnız hava nəqliyyatı ilə sərnişindaşımada qeydə alındığı bildirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu günə olan qızıl və gümüş qiymətləri
Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya
3 noyabrAzərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər
29 oktyabrQızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas
29 oktyabrAzərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. 9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 734,3 milyon manat (1 il əvvəl
27 oktyabrAzərbaycan tomat ixracından gəlirini 10 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 143,1 min ton tomat ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 172,3 milyon ABŞ dolları olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 0,9 min ton (0,6 %) az, dəyər baxımından isə 15,1 milyo
26 oktyabrBitkoinin qiyməti azaldı
Bitkoinin qiyməti son 24 saatda 1,8% azalaraq 81,8 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 1,9% azalaraq 2 403 dollar təşkil edib
22 oktyabrAzərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini
30 oktyabrQızıl bazarında son vəziyyət
Qızıl bazarında 2026-cı il 23 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, müxtəlif əyarlı və mənşəli qızılların qiymətlərində dinamika müşahidə olunur. Satışda olan qızıl məmulatlarının qiymətləri əyarına və istehsalçı ölkəyə görə fərqlənir. Məlumata görə
23 oktyabr