Qlobal taxıl böhranı - G7 xəbərdarlıq etdi

Qlobal taxıl böhranı - G7 xəbərdarlıq etdiG7 ölkələri (ən çox inkişaf etmiş iqtisadiyyata malik 7 ölkə) Ukrayna-Rusiya müharibəsinin yoxsul ölkələri təhdid edən qlobal ərzaq və enerji böhranına səbəb olduğuna diqqət çəkərək Ukrayna anbarlarındakı təxminən 40 milyon ton taxıl ixracı üçün təcili həll yolunun tapılmalı olduğu barədə xəbərdarlıq edib.
Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiya xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsinin Almaniyanın Şlezviq Holşteyndəki (Schleswig Holstein) əyalətindəki Vanqels (Wangels) şəhərində 3 günlük görüşdən sonra yaydığı birgə bəyanatda müharibənin səbəb olduğu qlobal qida qıtlığını aradan qaldırmaq və atılacaq addımlar vurğulanıb.

Bəyanatda G7 xarici işlər nazirləri tərəfindən Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsi qətiyyətlə pislənilib. G7-nin Rusiyanın iqtisadi və siyasi təcridini artırmaq və Ukraynanı dəstəkləməyə davam etmək fikri xatırladılıb.

Birgə bəyanat yazılır: "Böyük yeddilik olaraq birlik və həmrəylik içində hərəkət etməyə davam edərək Rusiyaya qarşı iqtisadi və siyasi təzyiqi daha da artırmaq əzmində olduğumuzu bir daha bildiririk.

Müharibə yaxın tarixin ən ağır qida və enerji böhranlarından birini yaradır. Bu böhranlar hal-hazırda yoxsul ölkələri təhdid edir. Ukrayna anbarlarındakı təxminən 40 milyon taxılın ixracat üçün yolları təcili açılmalıdır.

Böyük yeddilik olaraq biz qlobal ərzaq təhlükəsizliyini qorumaq üçün koordinasiya edilmiş çoxtərəfli cavabı sürətləndirmək və bu məsələdə ən həssas tərəfdaşlarımızın yanında olmaq əzmindəyik".

Eyni zamanda, G-7 ölkələri Çini Ukraynanın müstəqilliyini dəstəkləməyə və Rusiyanın Ukraynaya hücumlarında beynəlxalq sanksiyaları zəiflətməkdə Rusiyaya kömək etməməyə çağırıb./AzVision


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1552   Tarix: 15 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu günə olan qızıl və gümüş qiymətləri

Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya

3 noyabr
.

Azərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər

29 oktyabr
.

Qızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas

29 oktyabr
.

Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. 9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 734,3 milyon manat (1 il əvvəl

27 oktyabr
.

Azərbaycan tomat ixracından gəlirini 10 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 143,1 min ton tomat ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 172,3 milyon ABŞ dolları olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 0,9 min ton (0,6 %) az, dəyər baxımından isə 15,1 milyo

26 oktyabr
.

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 760 milyon dollara yaxınlaşıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsinin dəyəri 759 milyon 552,9 min ABŞ dolları olub. -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 250 milyon 401,4 min ABŞ dolları (24,7 %) azdır

30 oktyabr
.

Bitkoinin qiyməti azaldı

Bitkoinin qiyməti son 24 saatda 1,8% azalaraq 81,8 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 1,9% azalaraq 2 403 dollar təşkil edib

22 oktyabr
.

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini

30 oktyabr
.

Qızıl bazarında son vəziyyət

Qızıl bazarında 2026-cı il 23 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, müxtəlif əyarlı və mənşəli qızılların qiymətlərində dinamika müşahidə olunur. Satışda olan qızıl məmulatlarının qiymətləri əyarına və istehsalçı ölkəyə görə fərqlənir. Məlumata görə

23 oktyabr