Bakının bu ərazisində avtobus zolağı ləğv olunub? - Vaqif Əsədovdan AÇIQLAMA

Bakının bu ərazisində avtobus zolağı ləğv olunub? - Vaqif Əsədovdan AÇIQLAMABakıda tez-tez digər minik avtomobillərinin avtobus zolağına daxil olduğunun şahidi oluruq. Məsələn, səhər saatlarında Dövlət Bayrağı Meydanından Əl Oyunları Sarayının qarşısına kimi avtobuslar üçün nəzərdə tutulmuş zolağında minik avtomobilləri də hərəkət edir. Yəni bütün bunlar nizamlayıcı qismində olan yol polisinin göstərişi ilə deyil, özbaşına edilir. Bütün bunlar isə avtobuslardakı sərnişinlər tərəfindən narazılıqla qarşılanır.

Maraqlıdır ki, həmin sürücülər Əl Oyunları Sarayının qarşısındakı işıqforda dayanan yol polisi əməkdaşının qarşısından belə avtobus zolağından sərbəst keçirlər.

Belə olduğu təqdirdə vətəndaşlarda sual yaranır ki, bəlkə, avtobus zolaqları ilə bağlı qadağa ləğv edilib? Yaxud yol polisi belə sürücülərlə bağlı niyə tədbir görmür?

Sonxeber.az xəbər verir ki, redaktor.az-ın suallarını cavablandıran Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov öncə qeyd etdi ki, Bakı şəhərində bir neçə ərazidə avtobus zolaqları mövcuddur:

"Bakı şəhərinin inzibati ərazisinə düşən bir neçə küçə və prospektlərdə xüsusilə sərnişinlərin rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə avtobus zolaqları yaradılıb. Müəyyən məsafələrdə yaradılmış bu zolaqlar üzrə vaxtı göstərən və başqa nəqliyyat vasitələrinin hərəkətini qadağan edən müvafiq yol nişanları da qoyulub. Bu zolaqlar 20-ci sahədən Azneft dairəsinə qədər, Yusif Səfərov küçəsinin Afəddin Cəlilov küçəsi kəsişməsindən 10-cu zavod dairəsinə qədər, Atatürk prospektinin Fətəli xan Xoyski kəsişməsindən Ziya Bünyadov kəsişməsinə qədər, Babək prospektinin 10-cu zavod dairəsindən NZS qəsəbəsinədək olan hissəsində, Füzuli küçəsində də, Rəşid Behbudov küçəsi kəsişməsindən Cəfər Cabbarlı küçəsinə qədər olan hissəsində var".

Şöbə rəisi bildirdi ki, bu zolaqlar ona görə ayrılıb ki, ondan yalnız ictimai nəqliyyat vasitələri istifadə etsin:

"Sürücülər kimi sərnişinlər də getdiyi ünvana rahat gedə bilsin. Bunun üçün də konkret tələb var. Bu zolağa daxil olub hərəkət etmək inzibati xəta tərkibi yaradır. Ona görə də bu zolaqlarda səhər saat 7-dən axşam 9-a qədər, bəzi yerlərdə 8-dən 9-a qədər bütün növ avtomobillərin hərəkətini qadağan edən yol nişanları qoyulub. Eləcə də bu zolaqlar üzrə nə zaman avtomobillərin hərəkət etməsinə icazə verən lövhəciklər də qoyulub. Bu zolağa daxil olub hərəkət etmək inzibati xətadır".

Vaqif Əsədovun sözlərinə görə, sürücülər yalnız polisin göstərişi ilə avtobus zolaqlarına daxil ola bilər:

"Lakin qanunvericiliyin tələbinə uyğun olaraq yol polisi nizamlayıcı qismində olur, digər sürücülərə hərəkət etməyi göstərirsə, deməli sürücü bu tələbləri yerinə yetirməlidir. Yəni sürücülər bu zolağa daxil olub hərəkət edirsə, deməli yol polisinin göstərişidir. Yaxud da yol nişanı yoxdur deyə sürücülər bu ərəfədə daxil olub. Bu gün avtobus zolağına daxil olub hərəkət etməklə əlaqəli paytaxtımızda avtomatik elektron qərar qəbul edilərək sürücünün məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati tənbeh tədbirləri də görülür.

Yəni bu o demək deyil ki, avtobus zolağı nəzarətsizdir və kim istəyir ora girir. Ya icazə verilən vaxtlarda sürücülər daxil olub hərəkət edir, ya da polislərimiz nizamlayıcı qismində olarkən sürücülərimizə vəziyyətdən və hərəkət şəraitindən asılı olaraq icazə verirlər. Əməkdaşlarımız bu zolağa daxil olub, hərəkət edib, sürəti artırmaqla hərəkəti tənzimləyir. Əgər polisin qabağından keçirlərsə, deməli buna səbəb var. O demək deyil ki, polis göz yumur".

Müsahibimiz dedi ki, gündə yüzlərlə avtomobil bu qaydanı pozduğu üçün cərimələnir:

"Kameralar varsa, avtomatik olaraq hərəkətə nəzarət edirsə, kim tələbi pozub bu zolağa daxil olursa, barəsində iş görülür. Gündə 100-lərlə belə hərəkət qaydasını pozanlar barədə inzibati tənbeh tədbiri avtomatik görülür və elektron qərarlar qəbul edilir. Sorğu aparsanız görəcəksiniz ki, neçə nəfər adam deyəcək ki, "hə mən ora girdim, mənim şəklimi çəkdilər". Bu zolaqlar yaranıb ki, yalnız avtobuslar daxil olsun. Avtobusların daxil olub hərəkət etməsini göstərən yol nişanları da var. O yol nişanlarının tələbləri nədirsə, ona uyğun da vətəndaşlarımız hərəkət edir".

Vaqif Əsədov bildirdi ki, cərimələr kamera tərəfindən avtomatik olaraq yazılır:

"Polis əməkdaşının özünün tələbi ilə hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yarana biləcək süni sıxlığın qarşısının alınması, hərəkətin nizamlanması üçün polis özü də göstəriş verir. Özbaşına kim çıxırsa, onlar barəsində tədbir görülür. Bəzi şəxslər deyir ki, "mən 3 metr arxadan girmişəm bu zolağa, niyə məni çəkib, elektron qərar qəbul edilib"? Çünki bu zolaqda hərəkətə kamera nəzarət edir. Ayrılmış xüsusi yerdən, yəni qırıq-qırıq xətdən dönməlisən. Əgər qırıq-qırıq xətdən girib çıxmırsansa da çəkilir. O kameraya kamanda belə verilib. Bu zolaqlar üzrə hərəkət, qoyulmuş yol nişanlarının tələblərinə uyğun aparılır, eyni zamanda da nəzarət edilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1195   Tarix: 20 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr