Nərmin cinayəti ilə bağlı 5 şübhəli məqam - İlkin Süleymanovun qardaşı açıqlayır

Nərmin cinayəti ilə bağlı 5 şübhəli məqam - İlkin Süleymanovun qardaşı açıqlayırTovuz rayonunun Dondar Quşçu kənd sakini 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın faciəvi qətli ilə bağlı məhkəmə prosesi davam edir. Nərminin ölümündə 1973-cü il təvəllüdlü kənd sakini İlkin Süleymanov təqsirləndirilir. Lakin İlkinin qatil olduğuna inanmayan çox sayda insan, tapılan meyitin isə Nərmin olmadığına aid şübhəli məqamlar var.

Sonxeber.az xəbər verir ki, bu barədə Pravda.az-a açıqlama verən İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib ki, mayın 18-də keçirilən məhkəmədə ABŞ səfirliyindən də nümayəndələr iştirak edib:

"Bu, bizi çox sevindirdi. Belə aydın olur ki, bu məsələ artıq səfirliyi də maraqlandırır. Daxili məsələ olmasına baxmayaraq, bəzi saxtakarlıqları artıq onlar da görürlər".

A.Sülymanov Nərminin qətli ilə bağlı bir sıra şübhəli məqamlardan da söz açıb.

Onlardan bir qismini təqdim edirik:

1.Tapılmış meyitin əlamətləri ilə Nərminin əlamətləri arasındakı ziddiyyətlər

Hadisənin şahidi olan kənd sakinləri bildirirlər ki, tapılan meyitin ölçüləri Nərmindən böyük olub. Meyitin əynindəki qırmızı gödəkçə və yaşıl ayaqqabısından polis rəisi onun Nərmin olduğunu elan edib. Həmin meyit tapıldıqdan 2 gün sonra dəfn olunub. Cəsədin Nərminin valideyinlərinə göstərilmədən dəfn edilməsi şübhələri daha da artırır. Bu səbəbdən də meyitin ölçüsü araşdırılıb.

2. Ölçülər arasındakı uyğunsuzluq

İstintaq Nərminin boyunun təxminən 1 m 20 sm olduğunu müəyyənləşdirib. "AutoCAD" proqramı ilə müəyyən edilib ki, tapılan meyitin uzunluğu 1 m 47 sm-dir. "Yutub" kanalında paylaşılan görüntülərdən də ölçü çıxarılıb – 1 m 42 sm olub. Cəsədin qəbrə qoyulması anında çəkilən video görüntülər "Yutub" kanallarında var. Qəbrin uzunluğunun 1 m 60 sm olduğu aydın görünür. Hər birinin uzunluğu 40 sm olan 4 kubik istifadə olunub. Görüntülərdən məlum olur ki, meyit qəbrin içi boydadır və qəbrə yerləşdirməkdə çətinlik yaranır. Meyitin ölçüsü qəbrə qoyulma anında da ölçülüb, yenə ölçülər 1 m 43 sm-a gəlib çıxıb. Hər 3 halda meyitin uzunluğunun Nərminin boyundan 22-27 sm uzun olduğu müəyyən edilir. Ən təəccüblüsü odur ki, ekspert tapılan meyitin faktiki ölçüsünü istintaq materiallarında verməyib.

3. Nərminin iki dişi yox idi, meyitin isə 1 dişi.

Valideyinləri Nərminin iki dişinin olmadığını bildiriblər. Lakin ekspertiza tapılan meyitdə yalnız 1 dişin olmadığını qeyd edib.

4. Qan qrupu

Tibbi ekspert tapılmış cəsədin 2-ci qan qrupuna aid olduğunu bildirib. Lakin Nərminin 2018-ci ildə alınmış şəxsiyyət vəsiqəsində qan qrupu 4-cü qrup göstərilib. Tovuz Rayon Mərkəzi Xəstəxanasındakı və Dondar Quşçu kənd tibb məntəqəsindəki Nərminə aid arayışlarda da onun qan qrupunun 4-cü qrup olduğu göstərilib.

5. Uşaq İlkinin evində necə qala bilərdi?

Ev İlkingilin babasından qalıb. Sonradan arakəsmə ilə bölünüb. Bir hissəsi İlkinin atasına, digəri isə İlkinin əmisinə verilib. Arakəsmə olduğuna görə bir evdəki səslər digər evdə də eşidilir. Necə olub ki, bu uşaq ongünlərlə orada olub, amma səsini eşidən olmayıb? İlkingilin həyətdə başqa evləri var, bu ev qışda soyuq olduğuna görə orada meyvə-tərəvəz saxlayırlar. Buna görə ailə üzvləri 47 gün ərzində dəfələrlə ora girib-çıxıb. Bacısı ifadəsində deyib ki, uşağın saxlandığı iddia olunan evdə oğlu toya gedərkən kostyum geyinib, paltar dəyişib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3207   Tarix: 21 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr