Kamran Əsədov: "Belə təhqir yazan və qarğış edən müəllim ola bilməz"
"Dövlət qulluqçuları hər 5 ildən bir yenidən imtahana girirlər. Və bu imtahan da ödənişlidir. 97 manat. Onu da öz ciblərindən ödəyirlər. 4 il tamam olduqdan sonra 5-ci ildən başlayırlar imtahan verməyə ki, birdən kəsilsələr, növbəti imtahanı verə bilsinlər. 5 ilin tamamında sertifikasiyadan keçə bilməyənlər dövlət qulluğundan azad edilir. İndi təsəvvür edin ki, müəllimlərə desinlər ki, 100 manat ödəyib imtahana girin. Görək neçə müəllim razılaşacaq? Pulsuz olanda girmirlər, pullu olsa heç girən olmaz. Amma qınadıqları dövlət qulluqçusu o pulu verib imtahana sakitcə girir. Səsi də çıxmır yazığın. Sertifikasiya olunan dövlət qulluqçusu da yüksək vəzifə sahibləri olanlar deyil ha. Məsləhətçi, aparıcı məsləhətçi və s vəzifələrdə olanlardır".
Bunu təhsil eksperti Kamran Əsədov bildirib.
K.Əsədov qeyd edib ki, dövlət qulluğu imtahanı da heç kimin ixtisası üzrə imtahan deyil: "Nə orta məktəbdə keçib, nə də universitetdə keçib o imtahan verəcəkləri sualları. Azı 16 qanunvericilik aktlarını nöqtə-vergülünə qədər oxumalıdırlar. Bir çox qanunvericilik aktları isə ümumiyyətlə fəaliyyətləri dövründə işlətmirlər, görmürlər. Əmək haqları da çox deyil ha, 500-600 manat. Səhər saat 9 dan 18-00 ə qədər işləyirlər rəsmi, amma qeyri rəsmi 8-9 bəzən 10-da çıxırlar işdən. Amma müəllimlər orta məktəbdə oxuduqları, universitetdə ali təhsil aldıqları və fəaliyyətləri dövründə azı 5 il dedikləri ixtisas fənnindən imtahan verirlər özü də pulsuz... Demirəm ki, dövlət qulluğunda olanlar mələkdir. Sadəcə olaraq, şərhlərdə təhqir, qarğışlar gördüm... Belə təhqir yazan və qarğış edən müəllim ola bilməz!"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1446 Tarix: 21 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrArvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrEvlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?
Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir
10 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabr