AMEA "Teknofest Azərbaycan"da PUA-lar, mikrokompüterlər təqdim edəcək

AMEA "Teknofest Azərbaycan"da PUA-lar, mikrokompüterlər təqdim edəcəkMayın 26-29-da Bakıda baş tutacaq "Teknofest Azərbaycan" Aviasiya, Kosmos və Texnologiya festivalında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 6 institutu və Yüksək Texnologiyalar Parkının 5 rezidenti iştirak edəcək.

AMEA-dan verilən məlumata görə, institutut və elmi müəssisələr aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan rəqabətədözümlü, innovativ texnoloji məhsulları təqdim edəcəklər. "Teknofest Azərbaycan" çərçivəsində keçiriləcək sərgidə iştirakı nəzərdə tutulan AMEA-nın elmi müəssisələrinin təqdim edəcəkləri layihələrin əhəmiyyətli texnoloji yeniliklər olduğu bildirlir.

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan "Elm və Texnologiyalar Parkı" MMC ziyarətçiləri yerli pilotsuz uçuş aparatları ilə tanış edəcək. Rezident tərəfindən təqdim olunan məhsul xüsusi spektral kameralar vasitəsilə torpağın analizi və bitkilərin böyüməsinin öyrənilməsini nəzərdə tutur. Bu texnologiya sayəsində həm şumluq sahələrin, həm də bitki örtüyü olan ərazilərin monitorinqini aparmaq mümkündür. Texnologiya, həmçinin torpağın münbitliyinin qorunmasına və məhsuldarlığın artmasına şərait yaradır.

AMEA-nın Radiasiya Problemləri İnstitutunun təqdim edəcəyi cihaz isə keçilməz və təhlükəli dağ relyefində radiasiya monitorinqini aparmağa imkan verir. Bu cihaz pilotsuz uçuş aparatlarının üzərində yerləşdirilmiş radiometrdən ibarətdir. Minalardan təmizlənməmiş ərazilərdə, keçilməz relyeflərdə radiasiya monitorinqinin tam mənzərəsinin əldə olunması prosesin pilotsuz uçuş aparatları üzərində radiasiya detektorlarının yerləşdirilməsi ilə mümkün olacaq. Eləcə də Radiasiya Problemləri İnstitutu festivalda yol tikintisi, mədən işləri və s. xüsusi məqsədlər üçün partlayıcı maddələrin uzaqdan idarə olunmasına imkan verən cihaz da təqdim edəcək.

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti "BEYT" MMC –nin təqdim edəcəyi "Smart" arı yeşiklərinin də ziyarətçilərin marağına səbəb olacağı gözlənilir. Qeyd edək ki, texnoparkın mütəxəssisləri tərəfindən yeşiklərə yerləşdirilmiş xüsusi sensorlar sayəsində arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkarların əraziyə mütəmadi olaraq getmələrinə ehtiyac qalmayacaq. Onlar uzaq məsafədən mobil telefon vasitəsilə yeşiyin vəziyyətinə nəzarət edə biləcəklər. "Ağıllı" yeşiklər temperatur, coğrafi yerləşmə və yerdəyişmə, arıların hərəkəti və xəstəliklərinin diaqnostikası kimi funksiyaları yerinə yetirmək kimi üstünlüklərə malikdir.

Festival çərçivəsində ziyarətçilər AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti "Troniq" MMC-nin təqdim etdiyi süni intellektə əsalanan robotla da tanış olmaq imkanı da əldə edəcəklər. Yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış "Seit-uv" robotu öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işlərini həyata keçirmək imkanına malikdir

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun təqdim edəcəyi innovativ yeniliklər neft-qaz sənayesində çalışanların işinə yarayacaq. Belə ki, institutun mütəxəssisləri karbohidrogenlərin çıxarılması, nəqli və saxlanılması işlərində tətbiq olunan və dünyanın bir çox ölkəsində sınaqdan keçirilmiş texnologiya ilə festival iştirakçılarının qarşısına çıxacaqlar. Eləcə də institut müxtəlif diametr və relyefə malik boru kəmərlərinin təmizlənməsi, yüksək qaz faktorlu neft quyularının boğulması, kənar suların izole edilməsi, lay daxilində yaradılan CO2 qaz-maye aralığı ilə neftvermə əmsalının artırılması və neft quyularında hasilatın intensivləşdirilməsi texnologiyalarını da təqdim edəcək.

Festivalda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun təqdim edəcəyi mikrokompüter müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının adaptasiya oluna bilən idarəetmə sisteminin funksiyalarını həyata keçirmək üçün işlənib hazırlanıb. Sərgidə mikrokompüterin təqdimatı ilə yanaşı, real uçuş aparatının virtual nümayiş etdirilməsi də nəzərdə tutulur.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunın müəllifi olduğu texnologiyalar da bu gün üçün son dərəcə aktualdır. İnstitut cəmiyyətdə toplanan informasiya selinin süni intellekt texnologiyalarının köməyi ilə analiz olunması, təsnifi və proqnozlaşdırılması ilə bağlı proqram təminatı məhsulunu nümayiş etdirəcək. Əşyaların İnterneti platformasında kritik infrastrukturlara olan təhdidlərin aşkarlanması və ona qarşı tədbirlərin görülməsi ilə bağlı neyron şəbəkələrə əsaslanan dərin təlim texnologiyaları üzrə intellektual proqram məhsulları da İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin təqdim edəcəyi yeniliklərdəndir.

Festival iştirakçıları AMEA-nın Biofizika İnstitutunun alimlərinin də elmi nailiyyətləri ilə də tanış ola biləcəklər. İnstitut süni intellektə əsaslanan və ağciyər xərçənginin təyinində insanın qan plazmasından istifadəni nəzərdə tutan texnologiya təqdim edəcək. Bu metod vasitəsilə 90 faiz dəqiqliklə nəticə əldə etmək mümkündür.

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti "Təcrübə-Sənaye Zavodu" MMC isə festivalada bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları və s. yeni məhsullarını təqdim edəcək. Həmçinin sərgidə ilk dəfə olaraq MMC-nin məhsulu olan hərbi təyinatlı yağlar da nümayiş etdiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 713   Tarix: 22 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat

21 sentyabr
.

Şagirdlərin məktəbə müəyyən edilmiş qaydalara uyğun geyimdə gəlməsi nəzərdə tutulur - AÇIQLAMA

"Geyimin məktəb mühitinə təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Vahid məktəbli formasına keçidlə bağlı təşəbbüslərdən biri də imkanlı ailələrin övladlarının bahalı və dəbdəbəli geyim və aksessuarlarla məktəbə gəlməsinin qarşısını almaq, şagirdlər arasında bu baxımdan fərqliliyi azaltma

22 sentyabr
.

Vahid forma, vahid qayda, bərabər imkan: Məktəbli geyimi ətrafında yeni yanaşma

Məktəbli forması haqqında müzakirələri yalnız geyim məsələsi kimi təqdim etmək mövzunun mahiyyətini daraltmaq deməkdir. Əslində vahid məktəbli forması məktəb mühitində bərabərlik, intizam, sosial münasibətlər, valideyn-məktəb əməkdaşlığı, uşağın rahatlığı və təhsil müəssisəsinin daxili mədəniyyəti il

22 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

22 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr