"Rəsmi Vaşinqton Azərbaycan Prezidentinin mahir diplomat olduğunun fərqindədir"

"Rəsmi Vaşinqton Azərbaycan Prezidentinin mahir diplomat olduğunun fərqindədir""ABŞ prezidenti Cozef Baydenin ölkəmizi müstəqillik günü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı təbrik məktubu bir daha sübut edir ki, Birləşmiş Ştatlar Azərbaycanın regiondaki yerini, rolunu və çəkisini yüksək qiymətləndirir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
"Rəsmi Vaşinqton Azərbaycan Prezidentinin mahir diplomat olduğunun fərqindədir"Onun sözlərinə görə, ABŞ Azərbaycanla bundan sonra da strateji tərəfdaşlıq münasibətlərinin qorunub saxlanmasında və daha da inkişafında maraqlıdır:

"ABŞ prezidentinin ünvanladığı təbrik məktubunda bir sıra mühüm tezislər var ki, onları da aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür.
1. Birləşmiş Ştatlar Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəsini, dünyada sülhün və təhlükəsizliyin təminatında oynadığı rolu yüksək qiymətləndirir.

2. Azərbaycan Respublikasının Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolu yüksək dəyərləndirir. Birləşmiş Ştatlar prezidentinin mövqeyinə görə, Azərbaycanın bu istiqamətdə çəkisi daha da artmaqdadır və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfələr verməkdədir.

Bu həqiqətən də belədir. Azərbaycan indiki reallıqlar fonunda Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi üçün çox ciddi amilə çevirilib.

Ötən il Azərbaycan Aİ ölkələrinə 8.2 milyard kub.m qaz verib. Bu il onun 9 milyarddan çox olması proqnozlaşdırılır, gələn ildən isə 11 milyard kub.m-dən çox Azərbaycan qazı Avropa bazarına çatdırılacaq.

Bunlar bir daha onu göstərir ki, ABŞ Azərbaycanın oynadığı rolu izləyir, görür və yüksək qiymətləndirir.
Eyni zamanda ABŞ Azərbaycanın Beynəlxalq terrorizmə qarşı mübarizədə oynadığı rola böyük dəyər verir və fərqindədir ki, beynəlxalq terrorizmə qarşı mübarizə prossesinin ilk günlərindən Azərbaycan öndəgedən dövlətlər sırasında olub və bu istiqamətdə konkret əməli addımlara imza atıb.

Eyni zamanda, ABŞ prezidentinin təbrik məktubunda diqqətdən yayınmayan əsas məsələlərdən də biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı məqamların qabardılmasıdır. Cozef Baydenin mövqeyi belədir ki, o, iki dövlət arasında əlaqələrin intensivləşdirilməsinə maraqlıdır. Cənubi Qafqaz regionunda uzunmüddətli və davamlı sülhün əldə edilməsi üçün ABŞ öz töhfəsini vermək niyyətindədir və xüsusilə də Ermənistanla iqdisadiyyat, nəqliyyat sahələrində əməkdaşlığın və insanlararası münasibətlərin formalaşması üçün ABŞ öz dəstəyini göstərməyə hazırdır.

Ən mühüm məqamlardan biri də Azərbaycanın Ukrayna böhranı kontekstində davranışı ilə bağlı məsələlərə Baydenin diqqət ayırmasıdır.
Məktubda da qeyd olunur ki, Azərbaycan Ukraynanın suverlenliyini dəstəkləyir və bir neçə dəfə humanitar yardım göstərib. Bu məsələdə Azərbaycanın mövqeyi, atdığı addımlar rəsmi Vaşinqton tərəfindən yüksək qiymətləndirilir.

Ukrayna böhranı fonunda yaranmış qlobal qeyri-sabitlik məsələlərinə Bayden diqqəti cəlb edib və bu kontekstdə vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini ABŞ dəstəkləyir və bunu növbəti dəfə təsdiq edir.

Eyni zamanda, ABŞ prezidenti Azərbaycan ilə növbəti illərdə və onilliklərdə əlaqələrin daha da genişlənməsində və intensivləşməsində maraqlı olduğunu də ifadə edib.

Təbii ki, bütün bunlar bir daha onu göstərir ki, Amerika Azərbaycanda gedən bütün prossesləri diqqətlə izləyir, Azərbaycanın gücləndiyinin, regionda söz sahibi olduğunun, beynəlxalq sülhün və təhlükəsizliyin təminatına verdiyi böyük töhfənin fərqindədir.

Həm də onun fərqindədir ki, Azərbaycanın bütün bu tarixi nailiyyətlərinin əsasında Azərbaycan Prezidentinin müdrik siyasəti, onun yüksək idarəçilik qabiliyyəti və müasir beynəlxalq çağırışları düzgün qiymətləndirməsi və ondan irəli gələn adekvat addım atmaq bacarığı dayanır.

Bütün bunları Amerikanın ali siyasi rəhbərliyi görür və təbrik məktubunda da Azərbaycan Prezidentinə səslənən fikirlər bir daha təsdiqləyir ki, rəsmi Vaşinqton Azərbaycan Prezidentinin mahir diplomat olduğunun fərqindədir, Azərbaycan Prezidentinin müzəffər prezident olduğunu dərk edir, qiymətləndirir və bütün bunlardan irəli gələrək də Azərbaycanla uzunmüddətli əməkdaşlığın daha da genişləndirilməsi niyyətini ortaya qoyur".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1850   Tarix: 23 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr