Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMASon illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edən əsas amillər sırasında göstərilir. Azərbaycanda su ehtiyatlarının məhdud olması fonunda çayların və yeraltı suların qorunması, su itkilərinin azaldılması və daha səmərəli idarəetmə mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Bəs, çayların quruması və şirin su ehtiyatlarının azalmasının əsas səbəbləri nələrdir və Azərbaycanda su qıtlığının qarşısının alınması, mövcud su ehtiyatlarının qorunması və gələcəkdə su təminatının yaxşılaşdırılması üçün hansı tədbirlər görülməlidir?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, su ehtiyatlarının azalmasının birinci səbəbi iqlimdə baş verən kəskin dəyişikliklərdir.

"Bildiyimiz kimi, temperaturda artım var və iqlimdəki kəskin temperatur yüksəlişi uzunmüddətli quraqlıqlara səbəb olur. Azərbaycanda bu il yay aylarında da bunun şahidi olduq. Eyni zamanda, qısamüddətli, lakin böyük həcmli və sürətli yağışlarla müşayiət olunan dəyişikliklər baş verir. Bütün bunlar su ehtiyatlarının azalmasına səbəb olur. Uzunmüddətli quraqlıq buxarlanmanı artırır. Normal halda bu göstərici 8-10 faiz təşkil edirdisə, iqlim dəyişiklikləri şəraitində 10-15 faizə qədər yüksəlir. İkinci əsas səbəb çay axınlarında suyun azalmasıdır. Burada həm antropogen, yəni insan təsiri, həm də iqlim dəyişikliklərinin təsiri var. Məsələn, Xəzər dənizini qidalandıran ən böyük çay olan Volqanın suyunda əhəmiyyətli azalma müşahidə olunur. Xəzərə daxil olan su axınının həcmi təxminən 20-30 faiz azalıb. Eyni proses Kür, Terek və Ural çaylarında da baş verir. Bu iri çayların suyunda sürətli azalma olduğuna görə su ehtiyatları da azalır. Nəticədə həm içməli suyun, həm də əkin sahələrinin suvarılmasında istifadə olunan suyun həcmi azalır".

Ekoloq bildirib ki, artıq iqlimdə baş verən dəyişikliklərin qarşısını tam almaq mümkün deyil:

"Buna görə də adaptasiya proqramları həyata keçirilməlidir. Suya qənaət edən suvarma sistemlərinə, xüsusilə damcılı suvarma üsuluna keçilməlidir. Müxtəlif üsullardan istifadə etməklə suya qənaət etmək və problemi qismən yumşaltmaq mümkündür. Digər tərəfdən, içməli su sistemlərində itkilər azaldılmalıdır. Xüsusilə əkin sahələrində torpaq kanallarının istifadəsi məhdudlaşdırılmalıdır. Bəzi rayonlarda fermerlərin torpaq kanallarına polietilen örtüklər döşədiyini müşahidə etmişik ki, su itkiyə getməsin. Çünki torpaq kanallarında su itkisi həddindən artıq çoxdur. Hazırda itkilər 40-50 faiz arasında dəyişir. İçməli su nasos stansiyalarında və su anbarlarında təmizlik işləri aparılmalı, avadanlıqlar mütəmadi olaraq dəyişdirilməli və xidmətin səviyyəsi yüksəldilməlidir. Eyni zamanda, içməli sudan qənaətlə istifadə olunmalıdır. Bir çox sahələrdə, məsələn, avtomobil yuma məntəqələrində, sənaye müəssisələrində və digər yerlərdə texniki sulardan istifadə edilməlidir".

Onun sözlərinə görə, temperaturun artması şəraitində bu tədbirləri həyata keçirməklə həm insanları suya qənaət etməyə öyrətmək, həm də kənd təsərrüfatında məhsuldarlığı qorumaq mümkündür:

"Bu, eyni zamanda miqrasiyaya təsir edən amillərdən biridir. İçməli sudan qənaətlə istifadə etməklə su ehtiyatlarımız azalsa belə, mövcud imkanlardan daha səmərəli yararlana bilərik. Alternativ mənbə kimi yağış sularının toplanmasından da istifadə etmək mümkündür. Yağış suyunu toplamaq, anbarlarda saxlamaq və bir neçə filtrasiya mərhələsindən keçirməklə ondan həm içməli su, həm suvarma, həm də texniki məqsədlər üçün istifadə etmək olar. Yağış suyu atmosfer çirkliliyinə görə müəyyən dərəcədə çirklənə bilər, buna görə də istifadədən əvvəl təmizlənməsi və filtrasiya olunması vacibdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 67   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

21 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

"Zəfər, suverenlik və diplomatik güc: Azərbaycan 2020-ci ildən 2026-cı ilə hansı yolu keçdi?" - David Seliverstovla geniş MÜSAHİBƏ

David Seliverstov: "Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişdi, 2023-cü ildə suverenliyini tam bərpa etdi, indi isə bu nəticələri diplomatik və iqtisadi gücə çevirir". Magen David Azerbaijan insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov -ın sualların

21 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr