Bir qəbirə iki nəfəri dəfn etmək olarmı? – AÇIQLAMA

Bir qəbirə iki nəfəri dəfn etmək olarmı? – AÇIQLAMABu gün insanların dəfn olunması məsələsi ətrafında bəzi suallar hələ də cavabsız qalır. Məsələn, dünyasını dəyişən iki yaxın insan eyni qəbirdə basdırıla bilərmi? Birmənalı olaraq hər birimiz "yox" cavabını verərik.

Amma Azərbaycanın bəzi bölgələrində belə bir maraqlı dəfn adəti varmış. Belə ki, bir qəbirin içərisində iki nəfər dəfn edilir. Məsələn, ananın qoynunda balasını, xanımın qoynunda həyat yoldaşını dəfn edirlər. Bu adətə əsasən cənub bölgəsində, xüsusən Lənkəran rayonunda rast gəlinir.
Bir qəbirə iki nəfəri dəfn etmək olarmı? – AÇIQLAMALent.az-ın qəhrəmanı 82 ildən sonra evinə getdi

Maraqlıdır bəs bu dini baxımdan nə dərəcə doğrudur? Xüsusən də müsəlmanların yaşadığı ərazilərdə din buna icazə verirmi?

Lent.az məsələnin dini tərəfini öyrənmək üçün Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi Ağasəid Yaqubovla əlaqə saxlayıb.

Onun sözlərinə görə, birinci meyitin dəfn olunmasından 30-40 il keçibsə, həmin yerdə ölən şəxsin yaxınlarını dəfn etmək olar:

"Qəbir açmaq haramdır. Amma istisna hallarda olar. Bunun üçün də şərtlər var. Meyit müsəlmanlara aid qəbiristanlıqda dəfn olunmayıbsa, hər hansı cinayət amili olarsa, qəbirin açmağa icazə var.

Bundan başqa, birinci dəfn olunan şəxsin əti çürüyüb torpağa qarışıbsa, onun yaxınlarını da həmin qəbirdə dəfn etmək olar. Bir meyitin də çürüyüb torpağa qarışması 30-40 il çəkir. Bu həm də regionun torpağından asılıdır. Bu halda həmin qəbri qazıb, doğmasını da onun yanına dəfn etmək olar".

Qeyd edək ki, "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli müsahibələrinin birində bir qəbirdə iki nəfərin dəfn edilməsinin günah olmadığını, yanlız məhrəm insanların dəfn edilə biləcəyini vurğulamışdı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1836   Tarix: 23 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr