Bəzi mallara görə hesablanmış ƏDV azaldılacaq - SİYAHI

Bəzi mallara görə hesablanmış ƏDV azaldılacaq - SİYAHIVergi Məcəlləsinin 164.1.7-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azaddır.

Sonxeber.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarına əsasən, siyahıya aşağıdakı məhsullar daxildir:

- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı;

- Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton;

- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük;

- Çap edilmiş kitablar, broşürlər, vərəqlər və analoji çap materialları, kitab şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində;

- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər;

- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları;

- Cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar;

- Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.

Kağız idxalının ƏDV-dən azad edilməsi çap mediasının səmərəli fəaliyyətinə əhəmiyyətli təsir göstərən amillərdən biridir. Son vaxtlar dünyada qiymət artımının həm də kağız məmulatlarına təsir etməsi daxili bazarda müşahidə olunurdu. Bu güzəşt daxili bazarda həmin məhsulların qiymətinin azalmasını stimullaşdıracaq və çap mediası məhsullarının maya dəyərini və istehsal xərclərini əsaslı şəkildə azaltmaqla bu sahənin inkişafına təkan verəcək, çap məhsullarının ƏDV-dən azad edilməsi kitab bazarına da müsbət təsir göstərməklə kitabların ucuz başa gəlməsinə səbəb olacaq.

Bununla belə, azadolmanın verilməsi nəzərdə tutulan 2022-ci il yanvarın 1-i tarixindən Nazirlər Kabineti tərəfindən müvafiq siyahının təsdiq edilməsinə qədər olan dövr ərzində bir sıra vergi ödəyiciləri tərəfindən müvafiq kateqoriyalı malların satışı ƏDV tətbiq edilməklə həyata keçirilib.

Xidmətdən bildirilib ki, 1 yanvar 2022-ci il tarixdən etibarən sözügedən siyahı təsdiq olunan dövrə qədər vergi ödəyiciləri tərəfindən ƏDV tətbiq edilməklə satılmış həmin mallara görə hesablanmış ƏDV məbləğləri dəqiqləşdirilmiş hesabatlar təqdim edilməklə azaldılacaq. Eyni zamanda müvafiq məhsulların siyahısı təsdiq olunan tarixədək olan dövr ərzində vergi ödəyiciləri tərəfindən idxal edilmiş həmin məhsullara görə gömrük orqanlarına ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa olunmur və əvəzləşdirmələr vergi orqanları tərəfindən nəzərə alınır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1043   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr