Azərbaycanda din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda din xadimi olmaq istəyənlərin NƏZƏRİNƏAzərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) din xadimi kimi işləmək istəyənlər üçün lazım olan sənədlər təqdim edilməlidir.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

O deyib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibədə iştirak etmək istəyən namizədlər 24 may 2022-ci il tarixindən 24 iyun 2022-ci il tarixə qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

• Tərcümeyi-hal;

• Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

Sağlamlıq haqqında arayış;

• Narkoloji dispanserdən arayış;

• Ruhi-əsəb dispanserindən arayış;

• Məhkumluq barədə arayış;

• Foto (3x4) (4 ədəd);

• Ərizə.

• Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1027   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın ən çox əhalisi olan 10 rayonu - SİYAHI

Dövlət Statistika Komitəsi məlumatına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10 milyon 266 min 627 nəfərə çatıb. Ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir

19 aprel
.

Ceyhun Bayramov NATO rəsmisi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun Tərəfdaşlıqlar üzrə baş katibinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Kevin Hamilton ilə görüşüb. xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. XİN rəhbər

18 aprel
.

Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ

Bu gündən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib. "Azərbaycan Dəmir Yolları" QSC-dən -a verilən məlumata görə, məqsəd sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsidir. Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı

18 aprel
.

Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Bu barədə "Qafqazinfo"ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibb

20 aprel
.

Quru sərhədlər AÇILIR? - Bu şəxslər artıq...

Azərbaycanda quru sərhədlərin uzun müddətdir bağlı qalması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə, ikili vətəndaşlığı olan şəxslərin üzləşdiyi çətinliklər, onların sərbəst hərəkət imkanlarının məhdudlaşması və xaricdəki iş, ailə və sosial öhdəlikləri bu məsələni daha da aktuallaşdırır

19 aprel
.

Evini formal satanların DİQQƏTİNƏ: Bu üsul sizi mülksüz qoya bilər

Praktikada tez-tez rast gəlinən hallardan biri borcun təmin edilməsi məqsədilə borcalana (və ya onun yaxınlarına) məxsus daşınmaz əşyanın (torpağın, evin və s.) alqı-satqı müqaviləsi ilə borcverənin (və ya onun göstərdiyi digər şəxsin) adına rəsmiləşdirilməsidir. Yəni tərəflər girov və ya ipoteka kim

19 aprel
.

Muxtar Babayev: Maliyyə məsələləri iqlim fəaliyyəti üçün çox önəmli faktordur

Maliyyə məsələləri iqlim fəaliyyəti üçün çox önəmli faktordur. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "COP31-ə doğru: Geosiyasi sınaqların yaşandığı bi

18 aprel
.

Azərbaycanda VƏZİYYƏT TAMAM DƏYİŞİB: Havalar belə olacaq - Ekoloq

Son illərdə yaz mövsümü başlasa da, havaların nisbətən daha soyuq keçməsinin şahidi oluruq. Xüsusilə yağıntılı günlərin artdığı müşahidə olunur. Artıq aprel ayının ortaları olsa da, hələ də respublika ərazisində qar, güclü yağışlar və hətta dolu düşməsi müşahidə olunur. xəbər verir ki, bəzi hallard

19 aprel
.

Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı

Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı qızın meyiti tapılıb. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyiti kirayə yaşadığı evdə aşkar olunub. Bildirilib ki, aprelin 18-i ailə üzvləri Tbilisidə Aysunla birgə olublar

20 aprel