İstanbulda öldürülən aktyor Azərbaycanda kimdən küsüb getmişdi?

İstanbulda öldürülən aktyor Azərbaycanda kimdən küsüb getmişdi?Xəbər verdiyimiz kimi, Azərbaycanlı aktyor Kamran Dadaşzadə Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident nəticəsində həlak olub.

Təsadüf nəticəsində hadisə yerində olan Kamran Dadaşzadə başından güllə yarası alaraq, həyatını itirib.

Kamran Dadaşzadəni Azərbaycan tamaşaçısı haradan tanıyırdı?

Lent.az aktryorla bağlı məlumatları sizə təqdim edir. O, uzun illərdir Türkiyədə yaşayırdı. Bir neçə türk serialında da rollar almışdı.

Onun barəsində saytımıza danışan Azərbaycan Təhsil və Mədəniyyət dərnəyinin rəhbəri, yazıçı-dramaturq Aygün Həsənoğlu bildirib ki, Kamran Dadaşzadə İstanbulda yaşadığı müddətdə Azərbaycanın Qarabağ problemlərini işıqlandıran əsərləri səhnələşdirib. Azərbaycan Türkiyə Vizyon Teatrında Xocalı faciəsindən bəhs edən tamaşası uğur qazanıb..

"O Türkiyədə "Cəhənnəmdə 8 gün" tamaşasına rejissorluq eləmişdi. Xocalı haqqında tamaşa hazırlamaq hər rejissorun qaldıra biləcəyi yük deyildi. Bunu hələ 2001-ci ildə "Adsız qadın" əsərimi iki rejissora təqdim etdikdən sonra anladım.

Üstəlik, İstanbulda Xocalı haqqında tamaşa hazırlamağın çətinliklərini düşünün. Maaş yox, bir maddi dəstək olacaqmı, olmayacaqmı, bilmirsən. Nəqliyyat pulu baha. Evdən məşqə gedirsən, məşqlər arası yemək, hətta çay belə, əsl xərcdir.

İndi gələk yaradıcılıq məsələsinə. Məşq etməyə səhnə yoxdur, kiçik və soyuq bir otaqda məşq etməyə məcbursunuz. Əlləriniz, ayaqlarınız dona-dona aktyora yön verirsiniz...

Aktyorlar burada azad insanlardır. Sizdən maaş almadıqları üçün ərköyün ola bilərlər. Sən də hamının dilini tapmağa məcbursan.
İstanbulda öldürülən aktyor Azərbaycanda kimdən küsüb getmişdi?Digər tərəfdən, səhnə dekorlarından tutmuş oyunun hər ayrıntısına qədər məhdud imkanlar olduğunu nəzərə almalısan. İstədiyin səhnə quruluşunu mümkün qədər kiçildirsən Xocalı. O dəhşəti özün yaşamalısan ki, onu aktyordan da tələb edəsən.

Kamran Dadaşzadə, belə bir yükü çiyinlərinə aldı, həm də təmənnasız. Kamran müəllim pyesin ruhunu dəyişmədi, əlavə yorumlarla yükləmədi. Eləcə dəhşəti təqdim elədi. Aktyor heyətində cəmi iki Azərbaycanlı var idi.

"Cəhənnəmdə 8 gün" tamaşası bizə Xocalı soyqırımının bir insan taleyindən keçən dəhşətini yaşada bildi. Salonda göz yaşlarını saxlaya bilməyən tamaşaçıları gördüm. Səhnədə yaşananların insanların gözlərinə həkk olunduğunu gördüm. nəhayət, tamaşa bitəndə, bu dəhşətin içində imiş kimi, insanların dərin nəfəs aldıqlarını gördüm. Burada hər oyunçunun öz rolu var, amma bütün rollar üzərində rejissorun zəhməti, yaşantısı, həyəcanı var idi. Kamran Dadaşzadəni Azərbaycanda küsdürdülər, yaradıcı insan kimi qəbul etmədilər. Amma o iliyinəcən səhnə adamı idi, yaradıcı insan idi. Gözəl insan, əsl vətənpərvər idi",- deyə Aygün xanım vurğulayır.

Qeyd edək ki, Kamran Dadaşzadə Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu idi. K.Dadaşzadə 1969-cu ildə Sumqayıtda anadan olub. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. Türkiyədəki aktyorluq fəaliyyəti müddətində "Kurtlar Vadisi", "Savaşçı", "Kardeş Payı" kimi seriallarda yadda qalan obrazlar canlandırıb. Həmçinin 2018-ci ildə yayımlanan "Servet" serialında rol alıb.

İllər öncə Musiqili Komediya Teatrının xor kollektivində çalışıb.. Xanımı və uşaqları hazırda İstanbulda yaşayır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1480   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr