Ədliyyə Akademiyasında il ərzində 7.000 şəxs ixtisasını artırıb

Ədliyyə Akademiyasında il ərzində 7.000 şəxs ixtisasını artırıbAzərbaycan Respublikası Prezidentinin 19.05.2022-ci il tarixli Sərəncamı ilə Ədliyyə Akademiyasının rektoru vəzifəsinə təyin edilmiş Şahin Məhərrəm oğlu Əliyev Akademiyanın kollektivinə təqdim olunub.
Bu münasibətlə Ədliyyə Nazirliyinin məsul işçilərinin, tədris-elm müəssisəsinin müəllim heyətinin iştirakı ilə keçirilmiş tədbirdə rektoru təqdim edən ədliyyə naziri Fikrət Məmmədov Ş.Əliyevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.
Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı ilə bağlı aparılan islahatlar çərçivəsində kadrların hazırlanması və yüksək keyfiyyətli tədrisin təşkili məsələlərinə xüsusi önəm verildiyini, Akademiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, potensialının gücləndirilməsi üzrə ardıcıl tədbirlərin görüldüyünü vurğulayıb, kadrların hazırlığının müasir çağırışlara uyğun təşkili, tədris prosesində ən müasir metodikaların və üsulların tətbiqi və digər qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Tədbirdə qeyd olunub ki, geniş dinləyici auditoriyasına malik olan Akademiya çoxminli ədliyyə işçilərinin, hakimlərin və hakimliyə namizədlərin, prokurorların, vəkillərin, mediatorların və digər hüquqşünasların, bələdiyyə üzvü və qulluqçularının tədrisini və peşə hazırlığını həyata keçirir. Ötən il 7.000-ə yaxın şəxs icbari təlim və ixtisasartırma kurslarına cəlb olunub.
Eyni zamanda Akademiyada əhalinin az¬tə¬minatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərən Hüquq Klinikasının fəaliyyətinə toxunulub, tədris ocağının beynəlxalq əlaqələrinin genişləndiyi, Türkiyə, Ukrayna, Moldova və digər dövlətlərin təhsil qurumları, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası, Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq etdiyi, hüquqşünasların tədrisi sahəsində birgə tədbirlərin keçirildiyi və beynəlxalq təlimçilərin cəlb olunduğu vurğulanıb.
Ş.Əliyev çıxış edərək, göstərilən yüksək etimada görə dövlət başçısına minnətdarlığını ifadə edib, Akademiyanın kadrların peşə səviyyəsinin yüksəldilməsi ilə bağlı çoxşaxəli fəaliyyət göstərdiyini və geniş tədris tədbirləri həyata keçirdiyini qeyd edərək qarşıda duran vəzifələrin uğurla icrası üçün səylərini əsirgəməyəcəyini söyləyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 912   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr