Məhkəmədə ara QARIŞDI: Ləğv edilmiş MTN-nin sabiq rəisinin səs yazısı ortaya çıxdı

Məhkəmədə ara QARIŞDI: Ləğv edilmiş MTN-nin sabiq rəisinin səs yazısı ortaya çıxdıLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq, növbəti dəfə mətbuat nümayəndələrinin məhkəmə prosesində iştirakına imkan verməyib.

Prosesdə şahid qismində 2012-cı ildə 6 saylı notariat kontorunda notarius vəzifəsində işləmiş Ərəstun İmanov ifadə verib. O bildirib ki, "Texnikabank" ASC-nin rəhbəri Etibar Əliyevlə tanışlığı olub:

"Notariat kontorunun depozit hesabı həmin bankın "Paytaxt" filialında yerləşib. "Texnikabank" ASC-nin fəaliyyəti dayanmasından sonra notariatın depozit hesabı "Bank Respublika" ASC-nin Nəsimi filialına köçürüldü. 2012-ci ilin sentyabrın əvvəllərində Etibar Əliyevin oğlu Kəramət onun iş yerinə gəlib, bir obyektin alqı-satqısını etmək istədiklərini, lakin bunun üçün atasının razılıq ərizəsi alınmalı olduğunu bildirdi. Dedi ki, atası MTN-də saxlanılır, imkanı varsa, orada atasından notarial qaydada ərizə alaq".

Ə.İmanov bildirib ki, həmin vaxt MTN ilə yolları kəsişməməsi üçün Kəramətə dərhal razılıq verə bilməyib: "1-2 gün sonra iş yerimə orta boylu, dolu bədənli, bığsız, mülki geyimli şəxs gəldi. Həmin şəxs dedi ki, MTN-nin istintaq şöbə rəisi Vüsal Ələkbərovdur. Vüsal Ələkbərov bildirdi ki, Etibar Əliyevin barəsində cinayət işinin istintaqını aparılır, Etibar Əliyevə köməklik məqsədi ilə obyektinin satılması lazımdır. Ona görə də Kəramətlə birlikdə idarəyə gəlib, Etibar Əliyevdən ərizə qəbul etməsini istədi. Vüsal Ələkbərov gedəndən sonra Kəramət məni MTN-nə apardı. Etibar Əliyevdən əmlakın arvadı tərəfindən satılmasına razılıq ərizəsini aldıq. Mən də obyektin alqı-satqı sənədlərini hazırlayaraq Kəramətə anasını müqavilənin imzalanması üçün gətirməsi dedim. Obyekti alan şəxs obyekti almaq üçün verdiyim məktub əsasında notariat kontorunun dopozit hesabına 3 milyon manat pulu keçirdi, bu barədə sənədi mənə gətirən kimi müqaviləni imzalamağa hazır olduğunu bildirdim.

Təqsirləndirən şəxs Vüsal Ələkbərov şahid Ərəstun İmanova bir neçə sual verib.

- Siz məni tanıyırsız?

Şahid:

- Bəli.

- Məni hardan tanıyırsız?

-Siz işlədiyim notariat kontora gəlmişdiz. Etibar Əliyevin MTN-də razılığının alınmasının rəsmiləşdirilməsini xahiş etmişdiz. Bundan sonra da sizin iş yerinizdə həmin alqı-satqı rəsmiləşdirildi.

Daha sonra zərərçəkmiş şəxs qismində sərbəst ifadə verən Etibar Vahid oğlu Cəfərovun sözlərinə görə, 2005-ci ildən "Sədərək" Ticarət Mərkəzində sahibkarlıqla məşğul olub, kosmetika və parfumeriya malları satıb:

"Seyran Nəcəfov, Elman Əhmədov və digərləri ilə birlikdə Çindən mal sifariş edib, hər birinin malı bir konteynerdə gəlib. 2013-cü ilin avqust ayının 29-da konteyneri gömrükdən qəbul edərək Seyranın anbarına boşaldan zaman MTN əməkdaşları tərəfindən saxlanıldıq. Malların qaçaqmalçılıq olması əsası ilə məni, Seyran Nəcəfovu, Balaşirin Babayevi, Elman Əhmədovu, Elvar Əliyevi, Natiq Teymurovu MTN-nin binasına aparardılar. Orada səhərə qədər orada saxladılar. Saxladıqları müddətdə məndən ilkin olaraq 500 min manat istədilər. Pulu verə bilmədiyim üçün bizdən qısa izahatlarımız alındı və səhərə yaxın evə buraxıldıq".

Zərərçəkmişin sözlərinə görə, sentyabrın 5-də yenə MTN-nin binasına çağırılıb və İstintaq Baş idarəsinin müstəntiqi Elmar tərəfindən şübhəli şəxs qismində tutularaq 2 gün təcridxanada saxlanılıb, sonra Səbail rayon məhkəməsi tərəfindən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib:

"İstintaq qrupunun rəhbəri Fuad Məmmədov olub. 5 noyabr 2013-cü ildə özüm də səbəbini bilmədən sərbəst buraxıldım. Çıxandan sonra atamdan "nə əcəb məni buraxdılar" deyə soruşdum. Atam azadlığa buraxılmağım üçün külli miqdarda pul verdiyini bildirdi.

Zərərçəkmiş deyib ki, 2015-ci ilin oktyabrında MTN-də həbslər baş verəndən sonra qardaşı Vüqardan azadlığa buraxılması üçün MTN müstəntiqinə nə qədər pul verildiyini soruşub: "Hər şeyi danışmasını istədim. Vüqar da həmin pulu atam ilə birlikdə MTN-nin müstəntiqi Fuad Məmmədova verdiyini bildirdi. Atam MTN-nin müstəntiqi Fuad Məmmədova 210 min manat verdiyini dedi".

Bundan sonra Etibar Cəfərovun atası Vahid Cəfərov ifadə verib. O deyib ki, oğlu Etibar Cəfərov 5 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən tutulub: "Həbsindən təxminən 1 ay keçdikdən sonra oğluma yemək aparanda kiçik pəncərədən mənə kağız verildi. Kağızda "Fenozepam", "Renalum" adlı dərman adları yazıldı. Kağızı verən MTN əməkdaşı dərmanları alaraq oğlum üçün gətirməyimi tapşırdı. Etibarın səhhətindəki problemlərin baş qaldırmasını başa düşdüm və pis oldum. Sonra digər oğlum Vüqar və Etibarın vəkili Qubadla birlikdə MTN-nin binasının qarşısında olan yolun digər tərəfınə, Fəxri Xiyaban tərəfə keçdik. Piyada gəzərkən Qubaddan "Etibarın işi necə olacaq" deyə soruşdum. Qubad isə Etibarın azadlığa buraxılması üçün 300 min manat pul istədiklərini dedi. Fuad danışıq zamanı mənə hər şey yaxşı olacaq dedi, Etibarın azadlığa çıxması üçün 300 min manat pul istədi. Fuad Məmmədovla uzun-uzadı söhbət edəndən sonra mənə 3 gün ərzində pulu çatdırmalı olduğumu bildirdi".

Məhkəmədə təqsirləndirilən şəxs Mövlam Şıxəliyevin vəkili vəsatətlə çıxış edib. O, M.Şıxəliyevin Akif Qurbanovla söhbəti olan səs yazısının dinlənilməsini istəyib.

Məlum olub ki, M.Şıxəliyev azadlıqda olarkən restoranda Akif Qurbanovla görüşüb və həmin görüş zamanı gizli şəkildə onun səsini yazıb.

Hakim vəkilin vəsatətini təmin edib və səs yazısı məhkəmə zalında dinlənilib. M.Şıxəliyevin vəkili səs yazısını müvəkkilinin zərərçəkmiş şəxs Akif Qurbanov tərəfindən şantaj yolu ilə ondan pul tələb etməsi kimi təqdim edib.

Akif Qurbanovun sözlərinə görə, iş materialları ilə də şantaj olunan tərəf özü olduğun sübut olunub: "Vəkil yalan danışır. Mövlam Şıxəliyev bu cür üsullarla MTN-dəki şantaj mövqeyini bir daha ortaya qoyur".

Akif Qurbanov Mövlam Şıxəliyevə deyib ki, səs yazısını kəsib, məhkəmədə dinlətməklə heç nəyə nail ola bilməyəcək."

Akif Qurbanov bildirib ki, Mövlam Şıxəliyevin ortaya saldığı adamların təşəbbüsü ilə onunla görüşüb: "Görüş zamanı Mövlam Şıxəliyev məndən və Vüsal Ələkbərovdan şikayət etməməyim üçün MTN-də alınan 1 milyon manatın müqabilində 300 min manat təklif etdi. Əvvəlcə razılıq versəm də, sonradan razılaşma pozuldu".

Akif Qurbanovun vəkili Osman Kazımov səs yazısının tam olaraq məhkəməyə təqdim olunmasını, bu səs yazısının bir neçə saatlıq söhbətdən 10 dəqiqəlik fraqment olduğunu nəzərə çatdırıb. Vəkil vəsatətində məhkəməyə təqdim olanan SD diskin fonoskopik ekspertizaya göndərilməsini istəyib.

Vəkil bildirib ki, Mövlam Şıxəliyev səs yazısını montaj etməklə özünü təmizə çıxarmaq istəyir. Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.

Məhkəmənin növbəti iclası mayın 31-nə təyin edilib.

Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2201   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Vahid məktəbli forması: geyim qaydasından daha çox bərabərlik, intizam və məktəb mədəniyyəti məsələsi

Məktəbli forması məsələsi ilk baxışdan sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi ilə bağlı qayda kimi görünə bilər. Lakin bu məsələ daha geniş sosial və pedaqoji məna daşıyır. Vahid məktəbli geyimi məktəb mühitində bərabərlik, nizam-intizam, kollektivə aidlik, təhlükəsizlik, rahatlıq və təhsi

22 sentyabr
.

Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA

Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə

21 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?

Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda

22 sentyabr
.

Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib

22 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

18 yaşlı Əlipaşa və Elminin meyiti tapıldı

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan 2 nəfərin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdl

22 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Vahid məktəbli forması: bərabərlik, nizam-intizam və vahid məktəb mühiti

Məktəb yalnız biliklərin verildiyi məkan deyil. Məktəb həm də uşağın sosial münasibətlər qurduğu, kollektiv davranış qaydalarını öyrəndiyi, məsuliyyət və intizam hissinin formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan məktəbdə yaradılan ümumi atmosfer, o cümlədən şagirdlərin geyim mədəniyyəti təhsi

22 sentyabr