Atanın ehtiyatsızlığı uşağın ölümünə səbəb oldu, ailə xəstəxanadan şikayətçidir – VİDEO
Lənkəranda ata ehtiyatsızlıqdan oğlunun ölümünə səbəb olub. Hadisə nəticəsində 9 yaşlı uşaq həyatını itirib.
APA TV xəbər verir ki, bədbəxt hadisə rayonun Horavenc kəndində baş verib. Rayonun Bəliton kənd sakini 1979-cu il təvəllüdlü Zöhrab Ağahüseyn oğlu Quliyev idarə etdiyi "Zil" markalı avtomobillə ot bağlamalarını gətirmək üçün gedərkən oğlunu da özü ilə götürüb. Əraziyə çatanda 2013-cü il təvəllüdlü Nemət Quluzadə ağaclardan hörülmüş darvazanı açmaq üçün maşından düşüb. Atası isə yük avtomobilini hərəkətə gətirib və ehtiyatsızlıqdan oğluna xəsarət yetirib. Uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Mərhumun yaxınları qəzəblərini cilovlaya bilməyib və xəstəxanada olarkən həkim Cəmil İbadullayev ilə mühafizəçi, polis serjantı Yusif Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Buna səbəb kimi isə uşağın əmisi bildirdi ki, həkimlər etinasız yanaşıb və ailə üzvlərinin əsəbləri gərildiyindən belə bir xoşagəlməz hallar yaşanıb.
Hadisə ilə bağlı APA-ya açıqlama verən DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, dünyasını dəyişən şəxsin qardaşı Mərkəzi Xəstəxanada xidmət personalı ilə mübahisə edib, iki nəfərə xəsarət yetirib. Hazırda faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib. Təfərrüat ətraflı araşdırmanın nəticəsində müəyyən olunacaq və məsələyə hüquqi qiymət veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2018 Tarix: 24 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrEyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA
Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa
11 noyabr