Türk aviasiyası və "Hürkuş" nəfəsləri kəsəcək

Türk aviasiyası və "Hürkuş" nəfəsləri kəsəcəkTürk Aviasiya və Kosmos Sənayesi 26-29 may 2022-ci il tarixlərində Bakı Kristal Zalında ilk dəfə keçiriləcək TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında Milli Döyüş Təyyarəsinin (MMU) virtual reallıq simulyatoru, HÜRKUŞ və GÖKBEY ilə iştirak edəcək.

Sonxeber.az xəbər verir ki, MMU virtual reallıq simulyatorunun ilk dəfə yer alacağı festivalda ziyarətçilər VR texnologiyasıyla MMU ilə virtual olaraq uçmaq imkanı əldə edəcəklər. HÜRKUŞ isə uçuş şousu ilə nəfəsləri kəsəcək. Ziyarətçilər Türk Aviasiya və Kosmos Sənayesi stendində karyera imkanları haqqında məlumatlandırılacaqlar.

Ziyarətçilər maketlərin nümayiş olunacağı stenddə sürpriz fəaliyyətlər, təcrübə sahələri və oyunlarla şirkəti yaxından tanımaq imkanı əldə edəcəklər. Gənc ziyarətçilərə Mühəndis İnkişaf Proqramı, təcrübə imkanları və "Lift-Up" adı altında "Sənaye yönümlü Bakalavr Məzun Layihələri" kimi karyera imkanlarının müzakirə ediləcəyi sahələrdə şirkətin təklif etdiyi imkanlar haqqında məlumat veriləcək.

HÜRKUŞ təlim təyyarəsi uçuş şousu həyata keçirəcəyi Azərbaycana HÜRKUŞ-un eksperimental sınaq pilotları ilə ilk dəfə uçaraq gələcək. Nəfəs kəsən uçuş şoularının reallaşacağı festivalda Türkiyənin ilk və yeganə unikal GÖKBEY T625 helikopteri də statik sahədə nümayiş etdiriləcək. Bir çox ilklərə səhnə olacaq TEXNOFEST-in ən maraqlı hissəsi isə Türk Aviasiya və Kosmos Sənayesi stendində Milli Döyüş Təyyarəsinin VR dəstəkli simulyatoru olacaq. VR texnologiyası sayəsində ziyarətçilər 5-ci nəsil təyyarə ilə uçuşu təcrübədən keçirə biləcəklər.

Azərbaycanda ilk dəfə reallaşacaq TEXNOFEST-də iştirak edəcək Türk Aviasiya və Kosmos Sənayesinin baş direktoru Temel Kotil "Müdafiə, aviasiya və kosmos texnologiyalarında əldə etdiyimiz uğurları dost və qardaş ölkə Azərbaycanla bölüşəcəyimiz TEXNOFEST-də iştirakımıza görə çox sevinirik. "İki dövlət, bir millət" şüarı ilə həyata keçirdiyimiz əməkdaşlığımızın daha da möhkəmlənəcəyi festivalda mühəndislərimizin unikal olaraq hazırladığı HÜRKUŞ təlim təyyarəmiz Azərbaycana uçacaq və uçuş şousu nümayiş etdirərək şanlı dostluğumuzu göylərə yüksəldəcək. Aviasiya tariximizdə yeni bir dönüş nöqtəsi olacaq Milli Döyüş Təyyarəmizin uçuş kabinəsinin də təcrübədən keçirilə biləcəyi festivalın reallaşmasına töhfə verən bütün tərəflərə minnətdarlığımı bildirirəm. Azərbaycanda, öz vətənimizdə öz xalqımızla görüşməyi arzu edirəm", - deyib.

Türk Aviasiya və Kosmos Sənayesi sabit və fırlanan qanadlı hava platformalarından pilotsuz uçuş aparatlarına və kosmik sistemlərə qədər inteqrasiya olunmuş aerokosmik sənaye sistemlərinin dizaynı, inkişafı, modernləşdirilməsi, istehsalı və inteqrasiyasına dəstək proseslərində 4 milyon kvadratmetr açıq sahədə və 640 min kvadratmetr qapalı sahədə 12000-dən çox işçisi ilə fəaliyyətini davam etdirir. Türkiyənin texnologiya mərkəzi olub, aviasiya, kosmik və müdafiə sənayesində qlobal oyunçular arasında yer alır.
Türk aviasiyası və "Hürkuş" nəfəsləri kəsəcək


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1308   Tarix: 25 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr