"Meymunçiçəyinin Azərbaycana gəlib çatma ehtimalı var" - İnfeksionist
Meymunçiçəyi virusu bir çox ölkələrdə yayılmaqdadır. Bəs bu virusun Azərbaycanda yayılma riski nə qədərdir və yayıldığı təqdirdə Azərbaycanın onun çoxalmasının qarşısını almağa resursları yetəcəkmi?
Bu barədə Sonxeber.az-a infeksionist-həkim Nicat Əzimli açıqlama verib:
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda xəstəliyin qeyri-xarakterik ərazilərdə aşkarlandığı və bu insanların hansı səbəbdən xəstələndiyi məlum olmadığı üçün gələcəyi ilə bağlı da tam proqnoz vermək mümkün deyil:
"Nəzərə alsaq ki, bu insanlar xəstəliyin mənbəyi Afrikaya getmədən virusa yoluxlduqları üçün səbəb məlum deyil. Amma ümumi mənzərəyə baxanda son bir ayda xəstəliyin 13-15 ölkədə sürətlə yayıldığını görürürük. Belə sürətlə yayılmağa davam edərsə, meymunçiçəyinin Azərbaycana da gəlib çatmaq ehtimalı var.
Meymunçiçəyi yeni bir xəstəlik deyil. Virus insanlarda ilk dəfə 1970, heyvanlarda isə 1958-ci ildə aşkarlanıb, əvvəllər də bütün universitetlərdə, tibbi informasiya vasitələrində bununla bağlı məlumatlar yer alırdı və tibb-səhiyyə sistemi sözügedən xəstəliklə tanış idi. Koronavirus isə yeni xəstəlik idi və müalicəsi üçün heç bir preparat və ya peyvənd yox idi. Meymunçiçəyi koronavirus qədər çətin kontrol olunası xəstəlik deyil. Amma təbii ki, pandemiyadan çıxartdığımız dərs olaraq yayılmaqda olan infeksiyaya qarşı laqeyd yanaşmamalıyıq və Azərbaycana gəlib çıxma ehtimalı nəzərə alınaraq, bununla bağlı öncədən hazırlıqlar görülməlidir".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1881 Tarix: 25 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrEyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA
Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa
11 noyabr