""Roblox" kimi oyunlar uşaqlara mənfi təsir edir" - Psixoloq
Son vaxtlar Azərbaycanda 14-15 yaşlı məktəblilər arasında intihar halları çoxalıb. Bu gün Şəkinin Kiçik Dəhnə kəndində 9-cu sinif şagirdi intihar edib.
Bununla bağlı Sonxeber.az-a psixoloq Elnur Rüstəmov açıqlama verib:
"Yeniyetmənin intiharı çox acı bir haldır. Məsələ burasındadır ki, bu halla tez-tez rastlaşırıq. Bunun səbəbləri ilə bağlı bir çox versiyalar irəli sürülür. Ancaq ümumən ən çox təsir göstərən faktor internet resurslarıdır. Heç kimə sirr deyil ki, internet resursları ən çox yeniyetmələrə təsir göstərir. Uşaqların əksəriyyəti hələ erkən yaşlarından elektron cihazlardan asılı qalmış olurlar. Valideynlər də bunu səbəb götərirlər ki, həmin cihazları onlara verəndə uşaqlar yemək yeyir və sözə baxırlar.
Bunun doğru olub-olmaması ayrı məsələdir. Ancaq fakt budur ki, həmin cihazlar vasitəsilə onları intihara sürükləyən informasiyalar ötürülür. Bu, uşağın həm psixikasına, həm nitq inkişafına mənfi təsir göstərir. Bu təsir özünü bağçada və məktəbdə digər uşaqlara münasibətdə büruzə verir. Bütün bunlar uşaq və yeniyetmələrin özünə qapanmasına, aqressiyasına, stresə qarşı davamsız olmasına səbəb olur.
İkinci bir məqam ailədaxili konfliktlərdir. Məsələ o deyil ki, bir valideyn övladını sevmir. Bu, mümkün deyil. Hər bir valideyn öz övladını sevir və onun üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır. Sadəcə valideynlərin bir qismi uşaq və yeniyetmə psixikasından xəbərsizdirlər.
Turgenyevin dediyi "Atalar və oğullar" problemi bu gün daha aktualdır. Düşünürəm ki, bununla bağlı maariflənmə işi aparılmalıdır və ciddi nəzarətə alınmalıdır. Kiçik bir monitorinq aparsaq, görəcəyik ki, hansısa "Roblox" kimi oyunların fonunda "şüuraltı infeksiya" uşaqlara yeridilir. Bunun founda azyaşlılarda aqressiya yaranır və valideynlər onların ünsiyyətinə nəzarət edə bilmirlər. Valideynin internet resurslarını kontrol etməsi mümkün deyil. Buna görə maarifləndirici tədbirlər görülməlidir".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
Ukrayna Məsut Özili ittiham etdi