Əhməd İsmayılov: "TURKİC.World" layihəsinin bir illik fəaliyyətini yüksək qiymətləndiririk

Əhməd İsmayılov: "TURKİC.World" layihəsinin bir illik fəaliyyətini yüksək qiymətləndiririkTURKIC.WORLD layihəsinin fəaliyyətə başlamasından bir il ötür. Suallarımızı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırır.

Əhməd müəllim, bu layihənin bir il ərzindəki fəaliyyətini, ümumilikdə, layihənin önəmini necə dəyərləndirirsiniz?

44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycanın yanında olması, Azərbaycana siyasi və mənəvi dəstəyi bütün sahələrdə olduğu kimi media sahəsində də əvəzedilməz rol oynadı və informasiya cəbhəmizin daha da güclənməsinə səbəb oldu. Bu təcrübə dövlətlərimizin təsir və təzyiqlərə birgə koordinasiyalı cavab verməsinin, bir sözlə, media sahəsində əlaqələrimizi inkişaf etdirməyin vacibliyinin göstəricisidir.

Əminliklə söyləmək olar ki, ortaq tarixi, dini, mədəni və dil dəyərlərimizi əsas götürərək, türk dünyasının vahid kommunikasiya platformasını yaratmaq məqsədilə reallaşdırılan "TURKİC.World" ("Türk dünyası") layihəsi artıq öz bəhrəsini verməkdədir. Türkdilli ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi həm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, həm Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkələrin rəhbərlərinin diqqət mərkəzindədir.

Qısa müddət ərzində bu platformaya digər türkdilli dövlətlərin də qoşulması Türk dünyasının birlik, həmrəylik və əməkdaşlıq ideyasını rəhbər tutaraq möhkəmlənən əlaqələrinin media sahəsində də uğurla davam etdiyinin göstəricisidir. Hazırda bir-birlərindən yüz kilometrlərlə uzaqda yaşayan qardaş xalqlar mədəni, sosial, dil, təhsil kimi mövzularda soydaşları barədə məlumatlar əldə edir, həmçinin "Türk dünyası" öz xəbərlərini rus və ingilis dillərində yayımlayır.

Məhz bu səbəblərdən Trend İnformasiya Agentliyi və Türkiyə Respublikasının "Albayrak Media Groupu"nun birgə yaratdığı və türkdilli dövlətlərin ilk ortaq rəqəmsal media platforması olan "TURKİC.World" ("Türk dünyası") layihəsinin fəaliyyətini müstəsna əhəmiyyətli hesab edir, platformanın bundan sonra da öz missiyasını ən yüksək səviyyədə həyata keçirəcəyinə inanırıq.

Bu layihə türk dövlətləri arasında informasiya mübadiləsinin genişləndirilməsində və Azərbaycan həqiqətlərinin türk dünyasına çatdırılmasında nə kimi rol oynayır?

Əlbəttə ki, adıçəkilən media platforması həm Türkiyə və Azərbaycan, həm də layihədə təmsil olunan digər türkdilli ölkələrin informasiya mübadiləsində əhəmiyyətli rol oynamaqdadır. Böyük coğrafi məkanda yerləşən Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi dövlətlər öz ortaq tarixi, mədəni, dini dəyərlərinə əsaslanaraq müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir, qarşılıqlı strateji tərəfdaşlıq özünün ən yüksək səviyyəsinə qədəm qoyur.

Bilirsiniz ki, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumuna əsasən birgə media platformasının əsas məqsədi media və kommunikasiya sahəsində ikitərəfli əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi, strateji media ortaqlığının yaradılmasıdır. Buna görə də, media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması baxımından qeyd olunan layihə xüsusi əhəmiyyət daşıyır.

Şübhəsiz ictimai rəyin düzgün istiqamətdə formalaşmasında medianın rolu danılmazdır. Medianın maarifçilik fəaliyyəti nəticəsində dövlətçilik dəyərlərimiz daha da möhkəmlənməklə yanaşı, ictimai fikrin zərərli təsirlərə qarşı müqaviməti də güclənmiş olur.

Müzəffər Ali Baş Komandanın qətiyyəti və fədakarlığı, qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız qələbə bütün sahələrdə olduğu kimi media ictimaiyyətinin də işində əsaslı dönüş yaratmışdır. Qələbənin əldə olunmasında istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərmiş hər bir insanın həyat hekayəsini, möhtəşəm Zəfərimizə verdiyi töhfəni işıqlandırmaq, geniş auditoriyaya çatdırmaq Azərbaycan jurnalistikasının əsas mövzusudur. İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməkdədir.

Vətən müharibəsi sınağından bizimlə birgə keçmiş qardaş ölkənin media nümayəndələri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar. Bu həmrəylik bizi daha da ruhlandırdı və bizə əlavə güc verdi. Hərbi, siyasi, iqtisadi, mədəni, təhsil, ticarət sahələrində olduğu kimi, media əlaqələrimizin də daha dərindən və əhatəli inkişafı, yeni layihə və platformalar əsas prioritet hədəflərimizdən oldu. Bu gün artıq onun bəhrəsini görməkdəyik.

Bu kimi layihələr Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyasına hansı töhfələr verir?

Bu və bənzər layihələrin haqq səsimizin dünyaya çatdırılmasında, eyni zamanda, Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyasında xüsusi rolu vardır. İnanırıq ki, "TURKİC.World" media platforması türk dünyasının həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli vasitəyə çevrilib. Ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün güclü mediaya və jurnalistlərimiz arasında həmrəyliyə çox böyük ehtiyacımız var. Azərbaycanın, Türkiyənin, bütünlükdə türk dünyasının həqiqətlərini işıqlandırmaq, beynəlxalq aləmi obyektiv informasiya ilə təmin etmək üçün biz – media nümayəndələri peşəkarlığımızı və sayıqlığımızı daha da artırmalıyıq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 854   Tarix: 26 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr