Dövlət imtahanı, yoxsa MÜFTƏ PUL yeri?
Son zamanlar dövlət imtahanları gündəmdə olan mövzulardan biridir. Tələbələr dövlət imtahının keçirilməsinə qarşı sosial şəbəkələrdə müəyyən etiraz aksiyaları keçirdiblər. Təhsil müddəti pandemiya ərəfəsinə düşdüyü üçün tələbələr 4 il ərzində olan materialları tam mənimsəmədiklərini bildirərək bu imtahana qarşı çıxırlar.
Mövzu ilə bağlı Sonxeber.az saytına təhsil eksperti Kamran Əsədov açıqlama verib.
O bildirib ki, Azərbaycanın 51 ali təhsil müəssəsində 187000 tələbə təhsil alır, onlardan 47 000 nəfəri bu il məzun olacaq:
"Etiraf edək ki, iki ildən çox davam edən pandemiya səbəbindən dərslərin onlayn keçirilməsi tələbələrin dərsləri mənimsəməsinə mənfi təsir göstərib.
Nazirlər Kabinetinin qərarına əsasən, son iki ildə dövlət imtahanı təxirə salınıb. Tələbələr həmin iki il ərzində yekun nəticə ilə diplom alırlar.
Dünya təcrübəsində dövlət imtahanı yoxdur. Təhsil aldığımız müddət ərəfəsində həmin fənlərdən imtahan verilir deyə, dövlət imtahanı 4 il ərzində keçirilən əsas ixtisas fənlərdən olan suallardan ibarətdir. Bu imtahan tələbələrə ciddi çətinliklər yaradıb. Onlar irad bildirməkdə haqlıdırlar.
Hesab edirəm ki, biz də dövlət imtahanını ləğv eləməliyik. Hazırda tələbələr təhsil aldığı müddət ərzində 240 kredit toplamalıdırlar. Onun 10 krediti məhz buraxılış işi, diplom işinə düşür.
Təbii ki, burada universitetlərin hər hansı bir rolu yoxdur. Bu səlahiyyət Nazirlər Kabinetinə aiddir. Nazirlər Kabinetinin müvafiq qərarı isə keçən ilin oktyabr ayında qüvvədən düşüb. Artıq yeni bir qərara ehtiyac var ki, dövlət imtahanı kecirilmədən tələbələr yekun ortalama hesabla diplom alsınlar. Ən ədalətli yanaşma budur.
Əgər dövlət imtahanı olacaqsa, tələbələrin böyük əksəriyyəti kəsiləcək, bu da ciddi narazılıqlara gətirib çıxaracaq.
Mövcud dövlət imtahanı universitetlərə qeyri-qanuni pul yığmaq üçün bir əsas verir. Bu tipli neqativ halların aradan qaldırılması üçün mütləq şəkildə yekun attestasiyanı orta müvəffəqiyyət göstəricisi ilə həyata keçirməliyik".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
Ukrayna Məsut Özili ittiham etdi