"Magistratura tələbələri üçün təqaüd bir qədər daha artıq olmalıdır" - Təhsil eksperti
Dövlət İmtahan Mərkəzi mayın 29-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək. Bəs magistratura təhsilinin inkişafı və bakalavrın təkrarı olmaması üçün hansı addımlar atılmalıdır?
Mövzuyla bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, magistratura pilləsində təhsil alan tələbələr üçün karyera imkanı yaradılmalıdır:
"Hazırda bakalavr tələbələrinin magistraturaya cəlb edilməsi üçün müvafiq yumşaldıcı tədbirlər görülür. İlkin olaraq ötən il qərar qəbul olundu ki, imtahan birmərhələli olsun, yəni artıq ikinci ixtisas üzrə imtahan verilmir. Bu qərarın qəbulundan sonra magistraturaya sənəd verənlərin say çoxluğu müşahidə olunur. Ötən il 18 min idisə, bu il təxminən 20 minə yaxın şəxs müsabiqədə iştirak etmək istəyir.
Magistratura təhsilini bakalavrdan fərqləndirmək üçün tələbələrə müəyyən imtiyazlar tətbiq olunmalıdır: onların özəl və ya dövlət qurumlarında təcrübə keçmələrinə imkan yaradılmalı, gələcək karyeraları üçün daha əlverişli mühit formalaşdırılmalıdır.
Eyni zamanda, təqaüd də magistrarura tələbələri üçün bir qədər daha artıq olmalıdır.
Təhsilin keyfiyyətinin qorunması üçün Təhsildə Keyfiyyyət Təminatı Agentliyi müvafiq tədbirlər görməli və ya universitetin özü bu məsələdə maraqlı olmalıdır.
Hazırda dövlət proqramı tətbiq olunub. 2022-2026-cı illərdə xaricdə magistratura almaq istəyənlər üçün şərait yaradılacaq. Hər il 200 nəfərin xaricə göndərilməsi nəzərdə tutulub. Bunun özü də gələcəkdə xaricdə magistratura oxumaq istəyənlər üçün şərait yaradır.
Ölkə daxilində isə Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan İqtisad Universiteti magistratura təhsilinin keyfiyyəti ilə daha çox seçilirlər. Digər universitetlərdə isə bakalavr və magistratura pillələrinin fərqini görmək bir o qədər də mümkün olmur. Geridə qalan universitetlərin də inkişaf etməsi üçün kampus yaradılmalı, hər birinin normal standartlara cavab verəcək yataqxanası olmalı, təhsil keyfiyyəti qaldırılmalı, xaricdən təcrübəli professor heyəti cəlb etməlidirlər. Bunlar tətbiq olunarsa, inkişafa nail olmaq olar".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
Ukrayna Məsut Özili ittiham etdi