"Zəngəzur dəhlizinin açılması tranzit yükdaşıma xərclərini azaldacaq"- Cavid Osmanov

"Zəngəzur dəhlizinin açılması tranzit yükdaşıma xərclərini azaldacaq"- Cavid OsmanovAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli rayonuna səfər ediblər. Dövlət başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar.

Bununla bağlı Sonxeber.az-a açıqlama verən deputat Cavid Osmanov bildirib ki, dəhliz Azərbaycanla yanaşı, digər ölkələrin də iqtisadi inkişafına təkan verəcək:

"44 günlük Vətən müharibəsində cənab İlham Əliyevin rəhbərliyi ilə ermənilərin işğala məruz qoyduğu torpaqlar işğaldan azad edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və Ermənistan kapiltulyasiya aktına imza atdı. Zəngəzur dəhlizinin açılması üçtərəfli imzalanan bəyanatda öz əksini tapdı. Son Brüssel görüşündən sonra Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsi istiqamətində vacib addımlar atıldı.

Döyüş meydanında əldə etdiyimiz tarixi qələbədən sonra diplomatik müstəvidə də cənab İlham Əliyev uğur qazanmağa davam etməkdədir. Əlbəttə ki, Zəngəzur dəhlizinin böyük siyasi, mənəvi və iqtisadi əhəmiyyəti var.

Birincisi, Zəngəzur Azərbaycanın tarixi torpağıdır, o zaman Azərbaycandan zorla alınaraq Ermənistana verililib. Artıq Prezident İlham Əliyevin prinsipiallığı nəticəsində Zəngəzur dəhlizinin açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın quru yolla birləşməsi deməkdir.

Digər tərəfdən, Zəngəzur dəhlizi türk dünyasını coğrafi yolla birləşdirən ərazidir. Mənəvi tərəfi ondan ibarətdir ki, Zəngəzur, az öncə qeyd etdiyim kimi, Azərbaycanın tarixi torpağı olub. Bu dəhlizin Azərbaycanla Naxçıvanı, bütövlükdə türk dünyasını birləşdirməsinin mənəvi əhəmiyyəti var. İqtisadi tərəfdən baxdıqda Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən bu günə kimi Azərbaycan çox əlverişli loqistika mərkəzinə, nəqliyyat dəhlizlərinin keçdiyi mərkəzə çevrilib. Bu dəhlizin açılması isə tranzit yükdaşıma xərclərini daha aşağı salacaq. Uzaq Çindən Avropaya kimi bu dəhlizin əhəmiyyəti böyükdür, çünki daha qısa yolla yükdaşımalar həyata keçiriləcək. Eyni zamanda, daha əlverişli bir tranzit xətti olacaq. Bu baxımdan, həm Azərbaycan, həm digər ölkələr Zəngəzur dəhlizi açıldıqdan sonra çox böyük iqtisadi dividentlər götürəcək. Dəhliz Azərbaycanla yanaşı, digər ölkələrin də iqtisadi inkişafına təkan verəcək".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1003   Tarix: 26 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr