"Sağalmaz yara"mız olan tıxacların həll yolu nədir? - Ekspertdən CAVAB

"Sağalmaz yara"mız olan tıxacların həll yolu nədir? - Ekspertdən CAVABBakımız gündən-günə müasirləşir. Şəhərimizə gözəllik verən göydələnlər, dəbdəbəli restoranlar və uzun-uzadı yollarla yanaşı, Bakımızı nəfəs almağa qoymayan problemlər də var. Məsələn, bitmək bilməyən tıxaclar.

Hər gün şəhərin müəyyən yerlərində tıxaclarla rastlaşırıq. Həyat yolumuzun nə qədər davam edəcəyini bilmədiyimiz halda, tıxaclı yollarda təximinən 1-2 saat itirəcəyimizi əvvəlcədən hesablaya bilirik... Bəs belə müasir, dünya nizamları ilə ayaqlaşan, gözəl Bakımızın yollarını iflic edən tıxacların niyə həll yolu yoxdur?

Mövzu ilə bağlı Sonxeber.az saytına nəqliyyat eksperti Elməddin Muradov fikirlərini bildirib:

O da tıxacları şəhərimizin "sağalmaz yarası" adlandıraraq qeyd edib ki, "20 Yanvar" dairəsi tıxacların daha gərgin rast gəldiyi nöqtədir:

"Tıxacların həll yolu kimi geniş layihənin işlənilməsinə baxmayaraq, təəssüf ki, bu, özünü doğrultmadı. Beynəlxalq Avtovağzal Kompleksinin tikilməsinin əsas məqsədi "20 Yanvar" metrosunda düşən, Sumqayıt və Abşerondan gələn sərnişinlərin orada enib şəhərin müəyyən istiqamətlərində paylanması idi. Amma bu işi düzgün qura bilmədilər".

Ekspert qeyd edib ki, milyonlarla vəsait xərclənsə sə, iş düzgün təşkil olunmadığı üçün nəzərdə tutulan effekti vermədi:

"Qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olan mikroavtobusları, taksiləri "20 Yanvar"dan yığışdırmaq mümkün deyil. Bu işlərin görülməsi istiqamətində peşəkar layihə ortaya qoyulmadığı üçün belə problemlərlə rastlaşırıq.

Hazırda "20 Yanvar" dairəsi ətrafında xaotik sərnişin hərəkətini yığışdırmaq üçün müəyyən təkliflər və layihələr var. Nəqliyyat Nazirliyi "20 Yanvar" dairəsi ətrafında standart körpü modeli tikdi. Halbuki XXI əsrdə dünyanın heç bir ölkəsində bu cür körpülər tikilmir.

Körpülər şaxələnmiş şəkildə, bir yolu digəri ilə birləşdirən formada tikilir, prosess bu cür gedir. Bizdə isə tamam fərqlidir: formal tikilən körpülər heç nəyə yaramır. Bu körpünün tikilməsi səmərəli deyil, çünki körpünün altında üstündəkindən daha çox avtomobil olur. 3-cu mikrorayon dairəsindəki körpüdə də həmin vəziyyətdədir. Milyonların xərclənməsinə baxmayaraq, ortada nəticə yoxdur.

Həmin ərazidə BNA, yol polisi layihələr həyata keçirsə də, effekt verməyib. Qanunsuz sərnişin daşımanın qarşısı alınmayanadək orada hec bir nəticə əldə olunmayacaq.

Burada yaşayan sakinlər, demək olar ki, bütün bu səs-küydən, maşınların siqnallarından, taksilərin müştəri axtarışı zamanı çağırışlarından xəstəlik tapır.

Məsələnin həll yolu olaraq, geniş söküntü işlərinə və nəqliyyat qovşağı yaratmağa ehtiyac var. "Velotrek" adlandırdığımız ərazi də eyni vəziyyətdədir. Nizamsız iş, pul hərisliyi nəticəsində obyektlərin əlindən "Velotrek" yolun ortasına gəlib çıxıb.

Bakımız nəqliyyatın əlindən "boğulur". Qabaqlayıcı tədbirlər görülməsə, elə bu cür vəziyyət hökm sürəcək".

AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1445   Tarix: 27 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr