"Azərbaycan valideynləri beyin ölümü keçirmiş övladının orqanlarını bağışlamağa hazır deyillər"- Adil Qeybulla

"Azərbaycan valideynləri beyin ölümü keçirmiş övladının orqanlarını bağışlamağa hazır deyillər"- Adil QeybullaMaliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanda orqan transplantasiyası üçün ayrılan vəsait artırılacaq.

Bununla bağlı Sonxeber.az-a açıqlama verən həkim-ekspert Adil Qeybulla bildirib ki, vəsaitin artırılması müsbət addım olsa da, məsələnin kökündə başqa problem var:

"Birincisi orqan köçürülməsi məsələsini fundamental həll etmək üçün gərək səhiyyə bir sistem şəklini alsın. Bu olmasa, proses öz real həllini tapmayacaq. Əlbəttə, maliyyənin artırılması çox yaxşı addımdır, çünki səhiyyə xərc tələb edən sahədir və bu, əvəzsiz, yəni həmişə dövlətin çiynində yüksələn xərcdir.

Amma belə bir sual ortaya çıxır ki, donor bankını necə yardacağıq? Donor bədəni sağlam, lakin beyin ölümü keçirmiş, nisbətən gənc insanlardan alınır. Azərbaycan valideynləri beyin ölümü keçirmiş övladının orqanlarını bağışlamağa hazır deyillər. Bunun üçün cəmiyyətin düşüncəsi dəyişməli, beyinlərdə inqilab getməlidir. İnsan başa düşməlidir ki, həyatını itirməkdə olan kəs başqa bir həyata başlanğıc verə bilər. Bu humanizm fikri insanlara təbliğ olunmayınca məsələ həllini tapa bilməz.

İkinci bir mühüm məsələ səhiyyəni sistemləşdirməklə bağlıdır. Bir rayonda beyin ölümü keçirən şəxs qeydə alınıbsa, başqa bir rayonda da həmin orqana ehtiyac varsa, bunu vaxtında çatdırmaq lazımdır. Bunun üçün də növbəlilik sistemi olmalıdır. Kriminala yol aça biləcək məqamlar olmamalıdır. Yəni bu işin infrastrukturunu yaratmadan orqan köçürməni effektiv həyata keçirmək mümkün deyil.

Ola bilər ki vəsaitin ayrılması ilə bu əməliyyatların sayı çoxalsın, donor banklarını qurmaq, müəyyən avadanlıqlar almaq mümkün olsun. Amma məsələnin həlli təkcə vəsait deyil. Qeyd etdiyim problemlər öz həllini tapmaldır".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2230   Tarix: 27 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr