Paşinyan yenə də sözünün "ağası" olmayacaq?

Paşinyan yenə də sözünün "ağası" olmayacaq?"Azərbaycan prosesləri idarə edir və bundan sonra da edəcək. Azərbaycanın idarə etdiyi proseslərin təsiri altında isə həm Paşinyan, həm də rəsmi Brüssel öz mövqeyini korrektə etməkdədir. Düşünürəm ki, Bakı İrəvanı növbəti addımları atmağa da məcbur edəcək".

Brüsseldə Avropa İttifaqı prezidentinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan hökumət başçılarının görüşünün nəticələri ittifaqın rəhbəri Şarl Mişel tərəfindən açıqlandı. Bundan sonra Prezident İlham Əliyev də türkiyəli həmkarı Ərdoğanla telefonla danışığında Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə olunduğu bildirdi. Ardınca isə Azərbaycan və Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı komissiyaların tərkibini təsdiq etdi və ilk iclas da artıq baş tutub. Belə görünür ki, qatar artıq tərpənib. Müharibədən sonrakı mərhələdə ilk dəfə olaraq konkret fəaliyyət başlayıb. Amma hər kəsi haqlı olaraq yenə də bir sual narahat edir. Paşinyan bu dəfə sözünün üstündə dura biləcəkmi?

Sonxeber.az mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edir:

"Ermənistan vasitələr axtarırdı"

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, Azərbaycanın irəli sürdüyü təkliflər əsasında addımların atılması Avropa İttifaqında da müsbət qarşılanır: "Belə ki, sərhədin delimitasiyasının və demarkasiyasının aparılması haqqında razılığa gəlinib. Azərbaycan tərəfi Brüssel görüşündən öncə komissiyanın tərkibini müəyyənləşdirib. Ermənistan isə sonuncu görüşdən sonra bu komissiyanı yaratdı və tərkibini təsdiqlədi. Bu komissiyanın ilk iclasının baş tutması onun göstəricisidir ki, artıq Ermənistanın sərhədlərin müəyyənləşdirilməsi prosesindən yayınmaq limiti tükənib. Çünki son dövrlərə qədər bu istiqamətdə addımlar atmaqdan yayınırdı və məğlubiyyətini qismən də olsa, yüngülləşdirmək üçün vasitələr axtarırdı. Azərbaycanın atdığı preventiv addımlar, həyata keçirdiyi strateji diplomatiya ölkəmizin haqlı mövqeyinin daha da möhkəmlənməsini və digər iştirakçılar tərəfindən qəbul olunmasını şərtləndirdi".
"İrəvan öz imzasına hörmətsiz yanaşdı"

Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində də Ermənistan müxtəlif spekulyasiyalara əl atırdı: "Eyni zamanda, bu dəhlizin açılması məsələsindən şantaj aləti kimi istifadə etməyə çalışırdı. Belə olan halda Azərbaycan İranla bu ölkənin ərazisindən keçəcək dəhlizin açılması haqqında razılığa gəldi və Ermənistanın Zəngəzur dəhlizi ətrafındakı manipulyasiyalarını təsirsiz etdi. Bu baxımdan Brüsseldə də Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulandı. Nəzərə almaq lazımdır ki, bu dəhlizin açılması məsələsi 2020-ci il 10 noyabr bəyanatında öz əksini tapıb. Lakin Ermənistan həmişə olduğu kimi öz imzasına hörmətsiz yanaşdı və Zəngəzur dəhlizinin açılması istiqamətində bütün təşəbbüsləri əngəlləməyə çalışdı. Artıq Ermənistanın manevr imkanları mövcud deyil, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün ölkə ərazisində bütün infrastruktur elementlərini yaradır".

"Vəziyyəti dəyişdirən Azərbaycanın iradəsidir"

E.Mirbəşir qeyd etdi ki, Brüssel münasibətlərin tənzimlənməsini səmimiyyətlə istəyirsə, Ermənistana təzyiq etməlidir ki, üzərinə götürmüş olduğu öhdəliklərə uyğun addımlar atsın: "Təbii ki, Ermənistan yenə də prosesləri ləngitməyə çalışacaq. Biz Ermənistanı kifayət qədər yaxşı tanıyırıq. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Ermənistan sülh sazişini imzalamaqdan yayınan zaman Qərbdən də dəstək alırdı. Avropa İttifaqının aparıcı ölkəsi Fransa aşkar şəkildə Ermənistanın təxribatlarını dəstəkləyirdi. Bu gün vəziyyəti dəyişdirən Azərbaycanın iradəsidir, malik olduğu güclü mövqelərdir. Ona görə də hesab edirəm ki, Azərbaycan prosesləri idarə edir və bundan sonra da edəcək. Azərbaycanın idarə etdiyi proseslərin təsiri altında isə həm Paşinyan, həm də rəsmi Brüssel öz mövqeyini korrektə etməkdədir. Düşünürəm ki, Azərbaycan Ermənistanı növbəti addımları atmağa da məcbur edəcək".
"Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyirlər"

Politoloq Qabil Hüseynli bildirdi ki, vasitəçi tərəf təşəbbüsü Rusiyaya verməyəcək: "Bununla bağlı müəyyən eyhamlar da var. Avropa İttifaqı bildirib ki, daim danışıqlar prosesinin monitorinqini keçirəcək və bununla bağlı iyunun axırı və ya avqustun əvvəllərində yeni bir görüş də baş tutacaq. Üstəlik, ABŞ və Avropa İttifaqı Rusiyanı çox da uzaq olmayan bir zamanda Cənubi Qafqazdan çıxarmaq istəyir. Ümumiyyətlə, Rusiyanın bütün milli, etnik məsələlər üzrə münaqişə bölgələrində vasitəçilik, yaxud da sülhməramlı səylərini dayandırmaq niyyətindədirlər. O cümlədən də Qarabağda bu addımı atmaq istəyirlər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Nikol Paşinyanın qorxub çəkinəcək yeri yoxdur".
"Yerli ermənilər onlara nifrət edir"

Politoloq vurğuladı ki, Ermənistandakı müxalifətin böyük hissəsi "Qarabağ klanı"nın nümayəndələridir: "Yerli ermənilər isə onlara nifrət edir. Həmin müxalifətin hər hansı irimiqyaslı kütləvi tədbir keçirməyə gücü yoxdur. Eyni zamanda bir sıra addımların atılması, tutaq ki, Azərbaycanla kommunikasiyalar açılması yerli ermənilər tərəfindən müsbət qarşılanacaq. Misal üçün, Qazax-İcevan, yaxud da Gümrü-Qars dəmir yolunun açılması. Əlbəttə ki, qarşıda görüləcək çoxlu işlər var və proses hələ uzun çəkəcək. Amma heç kimə sirr deyil ki, bölgəni qarışdıran Rusiyadır, onun sülhməramlı adı altında yerləşdirdiyi silahlı qüvvələridir. Rusiya bölgədə qalmaq üçün xalqları bir-biri ilə toqquşdurur".

"Başladılan prosesin digər mərhələləri olacaq"

Q.Hüseynli qeyd etdi ki, artıq məsələlərə müəyyən aydınlıq gətirilib: "Daha doğrusu, Ermənistan özü də Rusiyanın təxribatçı rolundan heç də razı deyil. Düşünürəm ki, Avropa İttifaqı tərəfindən atılan addımlar sülhyaratma prosesinə pozitiv təsir göstərməlidir. Hesab edirəm ki, proses müsbət istiqamətdə start götürüb. Artıq sərhəd məsələləri üzrə işçi qrupu yaradılıb və demək olar ki, prosesə start verilib. Deməli, digər mərhələlər də bir-birinin ardınca gəlməlidir və yəqin ki, belə də olacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2607   Tarix: 29 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr