Emmanuel Makron Azərbaycan Prezidentini təbrik edib
Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
AZƏRTAC-ın xəbərinə görə, təbrik məktubunda bildirilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
2022-ci il önəmli bir ildir, Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Ötən illər ərzində biz möhkəm ikitərəfli əlaqələr, siyasi, iqtisadi və mədəni sahələrdə geniş əməkdaşlıq qurmağa nail olmuşuq. Ölkələrimizi birləşdirən əlaqələri daha da dərinləşdirməyi arzu edirəm.
Bu fürsətdən istifadə edərək, Fransanın Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqlara və münasibətlərin normallaşmasına dair sarsılmaz sadiqliyini bir daha təsdiqləyirəm.
Əmin ola bilərsiniz ki, Azərbaycan ilə Ermənistan arasında istər xarici işlər nazirləri səviyyəsində birbaşa təmasların qurulması, istərsə də sərhəd məsələsi üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində son aylarda yaranmış və nəticələrini gördüyümüz müsbət dinamikanı dəstəkləyirəm. Etimad mühitinin yaradılması regionda sülhün qurulması üçün vacibdir.
Hücuma məruz qalan Ukraynaya və onun əziyyət çəkən xalqına Azərbaycanın humanitar sahədə göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm. Müharibənin qitəmizdə təhlükəsizliyi və sabitliyi ciddi şəkildə sarsıtdığı bir vaxtda arzu edirəm ki, bu gün xüsusi əhəmiyyət daşıyan siyasi dialoqumuzu daha da gücləndirək.
Cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR