Şəhid atası, xəstə uşaq, "camış"lar və Elza: Verilişdə yığılan pulun aqibəti necə olacaq? - AÇIQLAMA + FOTO

Şəhid atası, xəstə uşaq, "camış"lar və Elza: Verilişdə yığılan pulun aqibəti necə olacaq? - AÇIQLAMA + FOTOObyektini geri almaq üçün efirdə pul yığmaq xəbərləri ilə gündəmdən düşməyən müğənni Elza Seyidcahan bu gün olayla bağlı daha bir açıqlama verib, efirdə topladığı pulların aqibətindən danışıb, yenə şəhid ailəsinin adını hallandırıb.

Qeyd edək ki, Əməkdar artistin son olaraq şəhid atasından oğlunun "qan pulu"nu qəbul etməsi günlərlə müzakirə olundu.

Belə ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev və qardaşı Faiq Azayevə icarəyə verib.

Lakin onlar icarə üçün müqavilə imzalamaqdan boyun qaçırıblar. Bir müddət sonra Əməkdar artist sözügedən obyekti geri almaq istəsə də, qarşı tərəf onları təhdid edib, həmin məkanın özlərinə aid olduğunu iddia edib. Ali Məhkəmənin qərarı ilə öz mülkünə sahiblənmək üçün 63 min manat ödəməli olan sənətçi bir sıra verilişlərə qatılaraq, xalqdan yardım istəyib.

Son olaraq "Səni axtarıram" proqramına qatılan Seyidcahan bildirib ki, lazım olan məbləğin ödənməsi üçün səkkiz min manata ehtiyacı var. Verilişin aparıcısı Xoşqədəm Hidəyətqızı bir şəhid atasının ona məktub və məktubun içində pul göndərdiyini açıqlayıb. Təəccüblənən Elza məktubu oxumaq üçün kulis arxasına keçib. Geri qayıtdıqda isə verilişlə sağollaşaraq, ona yardım edənlərə təşəkkürünü bildirib.

Seyidcahanın şəhid atasının yardımını qəbul etməsi bir çoxlarını qəzəbləndirib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən sosioloq, jurnalist Lalə Mehralı bu addımı şəhidin ruhuna hörmətsizlik adlandırıb:

"Şəhidin qan pulunu kefindən efirdə pul yığmağa çıxan və milyonları olan bir müğənniyə vermək düzgün deyil, ən azından, şəhidin ruhuna hörmətsizlikdir. Əgər ailə, şəhid atası o pulu xərcləmək istəmirsə, ehtiyacı olan və sağalmasına böyük miqdarda pul tələb olunan xəstələrə verə bilərdi, oxumaq istəyən gəncləri oxuda bilərdi. Efirdə Elza Seyidcahana məktub göndərib içinə pul qoymaq və "borcunu mən bağlayacam" vədi vermək, məncə, tamaşaçıya, minlərlə xəstə uşağa qarşı hörmətsizlikdir. Düzdür, şəhid atası olduğu üçün çox sərt nəsə deyə bilmirik. Çünki o, dağ boyda oğul itirib. Mən elə başa düşürəm ki, Seyidcahanın efirdə pul yığmasına narazılıq ifadəsi olaraq göndərib o pulu.

Kanal rəhbərliyi, verilişin yaradıcı heyəti o müğənninin efirə çıxıb insanlara müraciət etməsinin qarşısını almalı idilər. Elza Seyidcahanın kifayət qədər var-dövləti, evi, maşını, daşınmaz əmlakları var. Amma insanların mərhəmətindən istifadə edərək son qəpiyinə qədər sümürmək ədalətsizlikdir.

Həmin verilişdə mətbuatı təmsil edən həmkarım Seyidcahandan soruşur ki, axı sizin özünüzün yaxşı imkanınız var, övladınız öz maşınını satıb sizin borcunuzu bağlaya bilər, niyə pul yığırsınız? Cavabında deyir ki, mən heç vaxt imkan vermərəm ki, mənim borcumu övladım əmlak, mülk, maşın sataraq bağlasın. İnsanlara bir növ hörmətsizlik etdi bu cavabı ilə. Yəni mənim var-dövlətim əslində yerindədir, istəsəm, bir maşın satıb, borcumu bağlaya bilərəm, lakin bunu etmirəm, öz mülkümə qıymıram. Borcumu bağlamağı xalqdan gözləyirəm.

Bütün bunlardan sonra əgər onun hesabına pul göndərən olubsa, mən bu vəziyyətdə o pul göndərənləri də şiddətlə qınayıram. Əgər sizin artıq pulunuz varsa, Onkologiya Mərkəzində xəstəliklə savaşan körpələr var, onların hesabına göndərin, imkansızlıqdan oxumaqdan imtina edən gənclərimiz var, onlara kömək edin. Onlar bu ölkənin gələcəyi üçün nəsə edəcəklər, nəsə etmək potensialındadırlar".
Şəhid atası, xəstə uşaq, "camış"lar və Elza: Verilişdə yığılan pulun aqibəti necə olacaq? - AÇIQLAMA + FOTOElza Seyidcahanla canlı efirdə gərginlik yaşayan jurnalist Zülfiyyə Qurbanova da Əməkdar artisti bu addımına görə sərt şəkildə qınayıb:

"Pulun tamamlanmağına səkkiz min qalmışdı. Xoşqədəm xanım dedi ki, şəhid atası Salyandan durub gəlir. Elza dedi, qıymıram. Pula demirdi, gəlməyinə deyirdi. Düşündüm ki, bəlkə, şəhid atasından pulu qəbul etməz. O qəbul eləyir, o elə adamdır. Şəhid ailəsindən pulu qəbul etməsi rüsvayçılıqdır. Bu, artıq bir şəxsiyyətin çöküşü deməkdir. Ata, ola bilər ki, səni efirdə pul dilənən görmək istəmədiyi üçün sənə bu təklifi edib, bəs sənin öz qanacağın?

O verilişdə canı ilə əlləşən xəstələr üçün pul yığılır. Sənin obyektin satışa çıxarılıb, camaat isə evsiz, çöllərdə qalır.

Elza Seyidcahan həmişə deyir ki, heyvanları sevir. Tülkülük edir. Deyim, niyə? Orada əyləşən tamaşaçılar ona irad bildirdilər, dedilər ki, efirdən get. Həmin tamaşaçıların birinə deyirdi, inəyə oxşayırsan, birinə deyirdi, camışa oxşayırsan, birini meymuna oxşadırdı. Heyvanları sevən insan acığı tutduğu insana heyvan adı qoyar?"
Şəhid atası, xəstə uşaq, "camış"lar və Elza: Verilişdə yığılan pulun aqibəti necə olacaq? - AÇIQLAMA + FOTOQeyd edək ki, bu gün Elza Seyidcahan 63 min manatlıq borcunu ödədiyini bildirib.

Bu haqda Axşam.az-a açıqlamasında müğənni özü deyib. Onun sözlərinə görə, artıq obyekti ilə bağlı olan problem bitib:

"Anam evini satdı və mənə yardım etdi. Verilişdə də altı min manata yaxın pul toplandı. Hamısını bir araya yığıb, borcumu verdim. Hazırda icra işi gedir, sənədləri tezliklə alacam. Çeklər əlimdədir".

Seyidcahan əlavə edib ki, anasına məxsus olan həmin obyekti satacağını desə də, fikrindən daşınıb:

"Düşündüm ki, məkanı yenidən düzəldib, kirayə verim. Oradan gələn pulla borclarımı qaytaracam. Söz vermişəm ki, "Səni axtarıram"da yığdığım pulu aparıb oradakı bir uşağın müalicəsinə verəcəm.

Mənə şəhid ailələri yardım etdilər. Nə yaxşılıq etmişdimsə, bu işdə hamısının bəhrəsini gördüm".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2673   Tarix: 01 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah

8 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021